BURADA REKLAMINIZ OLA
BİLƏR

Müğənni: “Özünü vəfat edən qardaşımın həyat yoldaşı kimi təqdim edən şəxs insanlardan yardım istəyir”

Müğənni Ofelya Şabanova mərhum qardaşı Nurməmməd (Maqa) Şabanovun evli olması ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

 

Pravda.az xəbər verir ki, O. Şabanova qeyd edib ki, qardaşı vəfat edən günə qədər subay olub və heç vaxt ailə həyatı qurmayıb.

 

Onun sözlərinə görə, naməlum şəxs mərhumun adına açılmış TikTok hesabından istifadə edərək özünü onun həyat yoldaşı kimi təqdim edir və insanlardan maddi yardım istəyir: “Qardaşımın adına xələl gətirir, ruhunu narahat edir. Mənə elə gəlir ki, bu qadının psixoloji problemi var. Normal insan bu addımı atmaz. Bəlkə də mənim şərəf və ləyaqətimə ləkə salmaq istəyən kimlərsə bu qadını bu addımı atmağa vadar edir. Daxili İşlər Nazirliyinə bu haqda müraciət olunub. Yaxın günlərdə qanunla cəzasına çatacaq. Hazırda araşdırma aparılır”.

 

Şəhanə Qədirli

Tarix: 3 Avqust 2026, 18:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin