Azərbaycan Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda Ukrayna xalqına humanitar yardım göstərməkdə davam edəcək.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, görüş zamanı Azərbaycan-Ukrayna münasibətlərinin bütün istiqamətləri üzrə ətraflı müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi olub.
“Biz Ukrayna ilə münasibətlərimizə son dərəcə böyük diqqət yetiririk. Bizi uzunmüddətli dostluq əlaqələri və dövlətlərarası münasibətlər bağlayır”, - deyə o qeyd edib.
C.Bayramov xatırladıb ki, gələn il Azərbaycan və Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq.
Nazir vurğulayıb ki, xarici işlər nazirləri səviyyəsində müntəzəm təmaslar davam edir. O qeyd edib ki, 2025-ci ildə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib, ötən il isə Bakıda İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası baş tutub.
C.Bayramov bildirib ki, Azərbaycan hərbi əməliyyatların ilk günlərindən bütün mübahisələrin diplomatik yolla həllinə çağırıb.
“Biz hər zaman Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Münaqişənin uzanması beynəlxalq sülh və təhlükəsizliyə zərər vurur, ağır humanitar nəticələr yaradır”, - deyə nazir vurğulayıb.
O qeyd edib ki, Azərbaycan Ukraynaya humanitar dəstəyi mənəvi borc hesab edir.
“27 fevral 2022-ci ildə Azərbaycandan Ukraynaya ilk humanitar yük göndərilib. O vaxtdan bəri 50 milyon ABŞ dolları dəyərində humanitar yardım göstərmişik və bu yardım davam edir”, - deyə C.Bayramov bildirib.
Nazirin sözlərinə görə, humanitar dəstək çərçivəsində Zərifə Əliyeva adına İrpen humanitar xarici dillər liseyi bərpa olunub, İrpen şəhəri ilə Azərbaycan şəhərlərindən biri arasında qardaşlaşma əlaqələri qurulub, 700 ukraynalı uşaq Azərbaycanda reabilitasiya və psixoloji dəstək proqramlarından yararlanıb.
O vurğulayıb ki, Azərbaycan Ukrayna tərəfinin müəyyən etdiyi ehtiyaclara uyğun olaraq bundan sonra da humanitar yardım göstərmək əzmindədir.
C.Bayramov görüş zamanı Ukrayna tərəfinə Cənubi Qafqazda son vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə məlumat verdiyini bildirib. O, həmçinin həmin ərazilərdə mina təhlükəsinin davam etdiyini, bunun insanların həyatına təhlükə yaratdığını qeyd edib.
Nazir əlavə edib ki, müharibənin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ilə Ukrayna arasında iqtisadi əlaqələrdə bərpa meyilləri müşahidə olunur. Onun sözlərinə görə, ikitərəfli ticarət dövriyyəsi 2021-ci ildə 900 milyon dollar, 2023-cü ildə 350 milyon dollar təşkil edib, ötən il isə 500 milyon dolları ötüb. Cari ilin ilk altı ayında bu göstərici artıq 280 milyon dollara çatıb.
C.Bayramov bildirib ki, tərəflər ticarət, investisiya, enerji, humanitar yardım, təhsil, elm, mədəniyyət, gənclər mübadiləsi, idman və səhiyyə sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret addımları da müzakirə ediblər. Onun sözlərinə görə, bu istiqamətlər strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək.Trend
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
Ən son xəbərləri səhifəmizdən də izləyin