BURADA REKLAMINIZ OLA
BİLƏR

Zərdabda yol qəzası baş verib, ölən və xəsarət alanlar var - FOTO

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Məlumata görə, Yevlax rayonundan Zərdabın Məlikumudlu kəndinə qonaq gələn şəxslərin olduğu minik avtomobili idarəetmədən çıxaraq yüksəkgərginlikli elektrik dirəyinə çırpılıb.

 

Hadisə nəticəsində avtomobildə olan qadın sərnişin həyatını itirib, xəsarət alan şəxslər isə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, qəza nəticəsində elektrik dirəyinin aşması səbəbindən Məlikumudlu və Çallı kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.Azərtac

Fotoları təqdim edirik
Tarix: 6 Avqust 2026, 17:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin