BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək

Paytaxtın Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsiilə kəsişməsindən Salatın Əsgərova küçəsi ilə kəsişməsinədək olan hissəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilir.

 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

 

Məhdudiyyət səbəbindən 7-10 avqust tarixlərində 33, 52, 65 və 79 nömrəli müntəzəm marşrutların hərəkəti Füzuli və Abdulla Şaiq küçələri, İnşaatçılar prospekti, Abbasqulu ağa Bakıxanov küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.

 

Əks istiqamətdə isə avtobuslar Abbasqulu ağa Bakıxanov küçəsi, İnşaatçılar və

Nəriman Nərimanov prospektləri, Mirzəağa Əliyev küçəsi ilə, daha sonra isə mövcud sxem üzrə hərəkət edəcək.

 

14 və 96 nömrəli marşrutların hərəkəti Füzuli vəAbdulla Şaiq küçələri, əks istiqamətdə isə Nəriman Nərimanov prospekti və Mirzağa Əliyev küçəsi,daha sonra isə mövcud sxem üzrə təşkil olunacaq.

Tarix: 6 Avqust 2026, 18:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin