Şəki Ağır Cinayətlər Məhkəməsində quldurluqda və ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Akif Kərəmovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan ölümə səbəb olduqda) və 181.3.3-cü (sağlamlığa ağır zərər vurmaqla törədilən quldurluq) maddələri ilə ittiham olunur.
Cinayət işinin materiallarına əsasən, Akif Kərəmov 2009-cu ildə Rusiya Federasiyasının Orlov vilayətinin Livni şəhərində yerləşən "Episentr" adlı ictimai iaşə müəssisəsində işləyərkən Rusiya vətəndaşı olan qadınla tanış olub və sonradan onunla qeyri-rəsmi ər-arvad münasibətində yaşamağa başlayıb. Həmin dövrdə işlədiyi meyvə satış obyektindən rəhbərliyin icazəsi olmadan götürdüyü 5600 rubl (o dövrün məzənnəsi ilə təxminən 140 manat) məbləğində pul vəsaitini qumar oyunlarında uduzan təqsirləndirilən şəxs borcunu qaytarmaq üçün pul axtarmağa başlayıb.
Materiallarda göstərilir ki, birlikdə yaşadığı qadının 1937-ci il təvəllüdlü nənəsi Tamara Studennikovanın külli miqdarda pul saxladığını zənn edən Akif Kərəmov onun yaşadığı evin açarının yerini bildiyindən bundan istifadə etmək qərarına gəlib.
2010-cu ildə axşam saat 18:00-21:00 aralığında təqsirləndirilən şəxs Livni şəhərində yerləşən mənzilə gələrək giriş qapısının açarını ayaqaltı xalçanın altından götürüb və evə daxil olub. Həmin vaxt mənzildə olan yaşlı qadını yataq otağında görən Akif Kərəmov onun əmlakını ələ keçirmək məqsədilə hücuma keçib. O, Tamara Studennikovanın baş və bədən nahiyələrinə çoxsaylı yumruq zərbələri endirib. Hücumdan sonra təqsirləndirilən şəxs zərərçəkmişə məxsus "Nokia 1202-2" markalı mobil telefonu da götürərək hadisə yerindən uzaqlaşıb.
Telefonun dəyərinin 534 rubl (təxminən 13 manat 35 qəpik) olduğu göstərilir.
Yaşlı qadın aldığı ağır xəsarətlərlə Livni Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və bir neçə gün sonra orada vəfat edib.
İstintaq hesab edir ki, ölüm məhz Akif Kərəmovun vurduğu ağır xəsarətlərin nəticəsində baş verib.
Məhkəmədə ifadə verən Akif Kərəmov ibtidai istintaqda verdiyi ifadəni təsdiqləməyərək özünü nə qəsdən sağlamlığa ağır zərər vurmaqda, nə də quldurluqda təqsirli bildiyini deyib.
Onun sözlərinə görə, həmin evdə birlikdə yaşadığı qadınla uzun müddət yaşayıb və evə sərbəst şəkildə daxil olub-çıxıb.
O bildirib ki, hadisə günü qadının nənəsi onu və milliyyətini təhqir etdiyinə görə əsəbiləşib. Yaşlı qadına yalnız bir sillə vurduğunu qeyd edib. Daha sonra onu sinəsindən itələdiyini, qadının yerə yıxıldığını, lakin başının heç yerə dəymədiyini iddia edib. Həmin vaxt birlikdə yaşadığı qadın evdə olmayıb.
Akif Kərəmov məhkəmədə deyib ki, evə pul götürmək məqsədilə daxil olmayıb. Onun sözlərinə görə, həmin gün sadəcə əşyalarını götürərək evi tərk etmək istəyirmiş. Akif Kərəmov mənzildən yalnız mobil telefonu götürdüyünü bildirib və həmin telefonun əslində özünə məxsus olduğunu, vaxtilə birlikdə yaşadığı qadına hədiyyə etdiyini, sonradan isə qadının onu nənəsinə verdiyini iddia edib. Azərbaycana qayıtmaq üçün pulu olmadığından telefonu satıb.
Akif Kərəmov Rusiyada barəsində axtarış elan olunmasından xəbərsiz olduğunu bildirib. İfadəsində qeyd edib ki, yalnız Azərbaycana qayıtdıqdan sonra bu barədə məlumat əldə edib.
Sonda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edib.
Qeyd: Akif Kərəmov 2022-ci ildə yaşadığı Mingəçevir şəhərində saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov
9 Sentyabr 23:19
9 Sentyabr 21:16
9 Sentyabr 20:10
9 Sentyabr 19:15
9 Sentyabr 19:03
9 Sentyabr 18:57
9 Sentyabr 18:51
9 Sentyabr 18:43
9 Sentyabr 18:37
9 Sentyabr 18:33
9 Sentyabr 18:25
9 Sentyabr 18:19
9 Sentyabr 18:15
9 Sentyabr 18:09
9 Sentyabr 18:03
9 Sentyabr 17:49
9 Sentyabr 17:44
9 Sentyabr 17:35
9 Sentyabr 17:25
9 Sentyabr 17:19
9 Sentyabr 17:14
9 Sentyabr 17:09
9 Sentyabr 16:54
9 Sentyabr 16:49
9 Sentyabr 16:39
9 Sentyabr 16:31
9 Sentyabr 16:29
9 Sentyabr 16:21
9 Sentyabr 16:15
9 Sentyabr 16:07
9 Sentyabr 15:57
9 Sentyabr 15:45
9 Sentyabr 15:39
9 Sentyabr 15:24
9 Sentyabr 15:15
9 Sentyabr 15:09
9 Sentyabr 14:58
9 Sentyabr 14:53
9 Sentyabr 14:46
9 Sentyabr 14:38
9 Sentyabr 14:35
9 Sentyabr 14:27
9 Sentyabr 14:19
9 Sentyabr 14:14
9 Sentyabr 13:59
9 Sentyabr 13:49
9 Sentyabr 13:43
9 Sentyabr 13:35
9 Sentyabr 13:34
9 Sentyabr 13:19
9 Sentyabr 13:15
9 Sentyabr 13:11
9 Sentyabr 13:09
9 Sentyabr 13:05
9 Sentyabr 13:05
9 Sentyabr 12:56
9 Sentyabr 12:40
9 Sentyabr 12:37
9 Sentyabr 12:24
9 Sentyabr 12:19
9 Sentyabr 12:10
9 Sentyabr 12:07
9 Sentyabr 11:57
9 Sentyabr 11:47
9 Sentyabr 11:35
9 Sentyabr 11:30
9 Sentyabr 11:24
9 Sentyabr 11:21
9 Sentyabr 11:13
9 Sentyabr 10:59
9 Sentyabr 10:57
9 Sentyabr 10:55
9 Sentyabr 10:42
9 Sentyabr 10:38
9 Sentyabr 10:37
9 Sentyabr 10:35
9 Sentyabr 10:28
9 Sentyabr 10:24
9 Sentyabr 10:21
9 Sentyabr 10:17
9 Sentyabr 10:12
9 Sentyabr 10:06
9 Sentyabr 09:57
9 Sentyabr 09:50
9 Sentyabr 09:41
9 Sentyabr 09:15
9 Sentyabr 09:13
9 Sentyabr 09:08
9 Sentyabr 09:00
9 Sentyabr 08:57
9 Sentyabr 08:56
9 Sentyabr 08:55
9 Sentyabr 08:50
9 Sentyabr 08:49
9 Sentyabr 08:49
9 Sentyabr 08:45
9 Sentyabr 08:43
9 Sentyabr 08:37
9 Sentyabr 08:30
9 Sentyabr 08:24
9 Sentyabr 08:18
9 Sentyabr 08:10
9 Sentyabr 08:04
9 Sentyabr 08:04
9 Sentyabr 06:28
9 Sentyabr 03:27
9 Sentyabr 00:12
9 Sentyabr 00:10
9 Sentyabr 00:07
9 Sentyabr 00:06
8 Sentyabr 23:55
8 Sentyabr 21:24
8 Sentyabr 19:53
8 Sentyabr 19:38
8 Sentyabr 19:05
8 Sentyabr 19:02
8 Sentyabr 18:47
8 Sentyabr 18:45
8 Sentyabr 18:40
8 Sentyabr 18:27
8 Sentyabr 18:20
8 Sentyabr 18:08
8 Sentyabr 18:00
8 Sentyabr 17:49
8 Sentyabr 17:41
8 Sentyabr 17:38
8 Sentyabr 17:35
8 Sentyabr 17:34
8 Sentyabr 17:28
8 Sentyabr 17:17
8 Sentyabr 17:12
8 Sentyabr 17:02
8 Sentyabr 16:57
8 Sentyabr 16:52
8 Sentyabr 16:49
8 Sentyabr 16:44
8 Sentyabr 16:34
8 Sentyabr 16:19
8 Sentyabr 16:17
8 Sentyabr 16:15
8 Sentyabr 16:15
8 Sentyabr 16:07
8 Sentyabr 15:58
8 Sentyabr 15:44
8 Sentyabr 15:39
8 Sentyabr 15:29
8 Sentyabr 15:23
8 Sentyabr 15:15
8 Sentyabr 15:07
8 Sentyabr 15:04
Ən son xəbərləri səhifəmizdən də izləyin