BURADA REKLAMINIZ OLA
BİLƏR

Əlizamin Salayev azadlığa buraxıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon təşkilatının sədri Əlizamin Salayev azadlığa buraxılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Müsavat Partiyasının fəalı Əziz Məmiyev məlumat verib.

 

Ə.Salayev bu gün azadlığa çıxıb.

 

Qeyd: Əlizamin Salayev 2023-cü ilin fevralında saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq - silah və ya silah qisminə əşya tətbiq etməklə) cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsi onu 4 il müddətinə azadlıqdan məhrum edib.

 

Cabir

Tarix: 7 Avqust 2026, 10:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin