Ədliyyə Nazirliyi Azərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi proseduru və vətəndaşların bilməli olduğu əsas qaydaları bir daha xatırladıb.
Nazirliyin məlumatına əsasən, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adını və soyadını dəyişdirmək üçün müraciət edə bilərlər. Müraciət vətəndaşın seçdiyi qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan şəxslər tərəfindən isə konsulluq idarəsinə təqdim olunur.
Müraciət qəbul edildikdən sonra doğum, nikah, nikahın pozulması və digər vətəndaşlıq vəziyyəti akt qeydlərinin əldə olunması üçün sorğular göndərilir. Bundan sonra sənədlər yoxlama aparılması məqsədilə şəxsin yaşayış yeri üzrə polis orqanına təqdim edilir. Yoxlamanın nəticələri və toplanmış sənədlər əsasında qeydiyyat orqanı adın, ata adının və ya soyadın dəyişdirilməsi barədə qərar verir.
Qərar müsbət olduqda dəyişiklik dövlət qeydiyyatına alınır və vətəndaşa müvafiq şəhadətnamə təqdim edilir. Müraciətə imtina verildiyi halda isə həmin qərardan inzibati qaydada və ya məhkəməyə müraciət etməklə şikayət etmək mümkündür.
Nazirlik bildirib ki, cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunan, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan, həmçinin barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslərin ad, ata adı və soyadını dəyişdirməsinə yol verilmir.
Bundan başqa, qanunvericiliyə əsasən, adın, ata adının və soyadın təkrar dəyişdirilməsi mümkün deyil. Yalnız ər-arvaddan birinin soyadını dəyişməsi ilə əlaqədar digərinin soyadının dəyişdirilməsi, atanın adının dəyişdirilməsi nəticəsində uşaqların ata adının, valideynlərin soyadının dəyişdirilməsi zamanı isə uşaqların soyadının dəyişdirilməsi istisna təşkil edir.
Qeyd olunub ki, adın, ata adının və soyadın dəyişdirilməsinin dövlət qeydiyyatı üçün 15 manat dövlət rüsumu ödənilir. Eyni zamanda, ər-arvaddan birinin soyadını dəyişməsi digərinin soyadının avtomatik dəyişdirilməsinə səbəb olmur. “Bakupost”
9 Sentyabr 23:19
9 Sentyabr 21:16
9 Sentyabr 20:10
9 Sentyabr 19:15
9 Sentyabr 19:03
9 Sentyabr 18:57
9 Sentyabr 18:51
9 Sentyabr 18:43
9 Sentyabr 18:37
9 Sentyabr 18:33
9 Sentyabr 18:25
9 Sentyabr 18:19
9 Sentyabr 18:15
9 Sentyabr 18:09
9 Sentyabr 18:03
9 Sentyabr 17:49
9 Sentyabr 17:44
9 Sentyabr 17:35
9 Sentyabr 17:25
9 Sentyabr 17:19
9 Sentyabr 17:14
9 Sentyabr 17:09
9 Sentyabr 16:54
9 Sentyabr 16:49
9 Sentyabr 16:39
9 Sentyabr 16:31
9 Sentyabr 16:29
9 Sentyabr 16:21
9 Sentyabr 16:15
9 Sentyabr 16:07
9 Sentyabr 15:57
9 Sentyabr 15:45
9 Sentyabr 15:39
9 Sentyabr 15:24
9 Sentyabr 15:15
9 Sentyabr 15:09
9 Sentyabr 14:58
9 Sentyabr 14:53
9 Sentyabr 14:46
9 Sentyabr 14:38
9 Sentyabr 14:35
9 Sentyabr 14:27
9 Sentyabr 14:19
9 Sentyabr 14:14
9 Sentyabr 13:59
9 Sentyabr 13:49
9 Sentyabr 13:43
9 Sentyabr 13:35
9 Sentyabr 13:34
9 Sentyabr 13:19
9 Sentyabr 13:15
9 Sentyabr 13:11
9 Sentyabr 13:09
9 Sentyabr 13:05
9 Sentyabr 13:05
9 Sentyabr 12:56
9 Sentyabr 12:40
9 Sentyabr 12:37
9 Sentyabr 12:24
9 Sentyabr 12:19
9 Sentyabr 12:10
9 Sentyabr 12:07
9 Sentyabr 11:57
9 Sentyabr 11:47
9 Sentyabr 11:35
9 Sentyabr 11:30
9 Sentyabr 11:24
9 Sentyabr 11:21
9 Sentyabr 11:13
9 Sentyabr 10:59
9 Sentyabr 10:57
9 Sentyabr 10:55
9 Sentyabr 10:42
9 Sentyabr 10:38
9 Sentyabr 10:37
9 Sentyabr 10:35
9 Sentyabr 10:28
9 Sentyabr 10:24
9 Sentyabr 10:21
9 Sentyabr 10:17
9 Sentyabr 10:12
9 Sentyabr 10:06
9 Sentyabr 09:57
9 Sentyabr 09:50
9 Sentyabr 09:41
9 Sentyabr 09:15
9 Sentyabr 09:13
9 Sentyabr 09:08
9 Sentyabr 09:00
9 Sentyabr 08:57
9 Sentyabr 08:56
9 Sentyabr 08:55
9 Sentyabr 08:50
9 Sentyabr 08:49
9 Sentyabr 08:49
9 Sentyabr 08:45
9 Sentyabr 08:43
9 Sentyabr 08:37
9 Sentyabr 08:30
9 Sentyabr 08:24
9 Sentyabr 08:18
9 Sentyabr 08:10
9 Sentyabr 08:04
9 Sentyabr 08:04
9 Sentyabr 06:28
9 Sentyabr 03:27
9 Sentyabr 00:12
9 Sentyabr 00:10
9 Sentyabr 00:07
9 Sentyabr 00:06
8 Sentyabr 23:55
8 Sentyabr 21:24
8 Sentyabr 19:53
8 Sentyabr 19:38
8 Sentyabr 19:05
8 Sentyabr 19:02
8 Sentyabr 18:47
8 Sentyabr 18:45
8 Sentyabr 18:40
8 Sentyabr 18:27
8 Sentyabr 18:20
8 Sentyabr 18:08
8 Sentyabr 18:00
8 Sentyabr 17:49
8 Sentyabr 17:41
8 Sentyabr 17:38
8 Sentyabr 17:35
8 Sentyabr 17:34
8 Sentyabr 17:28
8 Sentyabr 17:17
8 Sentyabr 17:12
8 Sentyabr 17:02
8 Sentyabr 16:57
8 Sentyabr 16:52
8 Sentyabr 16:49
8 Sentyabr 16:44
8 Sentyabr 16:34
8 Sentyabr 16:19
8 Sentyabr 16:17
8 Sentyabr 16:15
8 Sentyabr 16:15
8 Sentyabr 16:07
8 Sentyabr 15:58
8 Sentyabr 15:44
8 Sentyabr 15:39
8 Sentyabr 15:29
8 Sentyabr 15:23
8 Sentyabr 15:15
8 Sentyabr 15:07
8 Sentyabr 15:04
Ən son xəbərləri səhifəmizdən də izləyin