BURADA REKLAMINIZ OLA
BİLƏR

"İran Hörmüz boğazında ikinci marşrutun açılmasına icazə verməyəcək"

Hörmüz boğazında ikinci marşrutun açılmasına icazə verməyəcəyik.

 

Bu barədə İranın Ali Rəhbərinin hərbi müşaviri Möhsün Rezai “X” hesabında bildirib.

 

Onun sözlərinə görə, mühasirənin davam etdirilməsi ABŞ gəmiləri və hərbi qüvvələri üçün ciddi təhlükələr və itkilər yarada bilər.

 

“ABŞ davranışını dəyişməlidir. Əks halda biz bu vəziyyətə dözməyəcəyik”, – Rezai qeyd edib.

 

O vurğulayıb ki, İran Hörmüz boğazında ikinci marşrutun açılmasına heç vaxt icazə verməyəcək.APA

Tarix: 7 Avqust 2026, 13:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin