BURADA REKLAMINIZ OLA
BİLƏR

"Kəramət Böyükçöl dərhal sərbəst buraxılmalıdır" - Əli Kərimli

"Yazıçı-publisist Kəramət Böyükçöl bu gün evindən polislər tərəfindən kobudluqla saxlanılaraq aparılıb. Polislər onun evinə guya hansısa qonşunun şikayəti olduğu adıyla gəliblər. Şübhə yoxdur ki, Kəramət Böyükçölün saxlanılmasına səbəb bu günlərdə yaydığı videoçıxışlarda şəxsən İlham Əliyevin ünvanına işlətdiyi sərt sözlərdir".


Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib.

AXCP sədri bildirib ki, məhz danışığına görə bir adamı, həm də söz adamını həbs etmək hətta avtoritar rejimlər üçün də absurd görünən hərəkətdir: "İnsanları dediyi sözlərə görə ən pis halda məhkəməyə verib, məsuliyyət tələb etmək olar. Yoxsa evinə polis göndərib, zorla həbs etmək bütün hədlərin keçilməsidir.
Kəramət Böyükçöl dərhal sərbəst buraxılmalıdır".

Tarix: 18 Avqust 2020, 23:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin