BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanın Estoniyadakı yeni səfiri Zeynal Nağdəliyevin oğludur - DOSYE

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Dövlət başçısının digər sərəncamı ilə Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycanın Estoniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Qeyd edək ki, Nemət Nağdəliyev Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin oğludur.

 

Nemət Nağdəliyev 2017-ci ilin oktyabr ayında Azərbaycanın Polşadakı səfirliyində yerləşməklə Mərkəzi Avropa ölkələri (Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn, Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Xorvatiya, Sloveniya) üzrə ticarət nümayəndəsi təyin olunmuşdu.

 

Diplomatik sahədə böyük təcrübəyə malik N.Nağdəliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetində iqtisadiyyat üzrə bakalavr və magistr dərəcələri, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Rusiya Prezidenti yanında Rusiya Dövlət Qulluğu Akademiyasında iqtisadiyyat elmləri namizədi dərəcəsini alıb. N.Nağdəliyev Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı Nümayəndəliyində Humanitar proqramlar şöbəsinin rəhbəri, Ümumrusiya Azərbaycan Konqresinin Aparat rəhbəri vəzifələrində işləyib. Bu təyinatdan əvvəl isə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində çalışıb.

 

Tarix: 7 Avqust 2026, 17:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin