“30 ilə yaxın müddət ərzində münaqişə şəraitində yaşamış, müharibənin ağır fəsadları ilə üzləşmiş Azərbaycan xalqı sülhün və barışığın dəyərini çox yaxşı anlayır. Azərbaycan regionda sülh şəraitində yaşamağın tərəfdarıdır. 2025-ci ilin avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanıb, eyni zamanda Birgə Bəyannamə imzalanıb. Bununla da, 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub. Həmin tarixi Vaşinqton görüşündən artıq bir il ötür. Bu görüşdən ötən dövr ərzində Azərbaycan yeni reallığa və sülh mühitində yaşamağa uyğunlaşır. Ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.

S.Vəliyev qeyd edib ki, artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur: “Artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir. Şanlı Zəfərdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq işləri və “Böyük Qayıdış” Proqramı hərbi qələbənin necə mülki tərəqqiyə çevrilməsinin ən bariz nümunəsidir. Azərbaycan dövləti sübut etdi ki, Zəfər yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir. Bu mənada Prezident İlham Əliyevin sülh təşəbbüsləri böyük siyasi iradəni, ədalətli sülhü və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunu tərənnüm edir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də, dünya ictimaiyyəti Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini birmənalı olaraq qəbul edir. Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Vaşinqton şəhərində görüşün keçirilməsi, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə onun nəticələrinə dair Birgə Bəyannamənin imzalanması regional təhlükəsizlik, əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir. Üçtərəfli görüş çərçivəsində əlavə olaraq hər iki ölkənin xarici işlər nazirləri tərəfindən "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsi paraflanıb, habelə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət edilərək Minsk Prosesinin və onunla əlaqədar strukturların tamamilə ləğvi barədə sənəd imzalanıb”.
Deputat onu da əlavə edib ki, Vaşinqton razılaşmaları Ermənistan üçün də önəmli faydalar gətirir: “Ötən bir ildə Azərbaycan Ermənistana yük daşımaları üçün hər cür şəraiti yaradıb. Qazaxıstan və Rusiya Federasiyasından Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda və başqa məhsullar daşıyıb. Azərbaycandan isə Ermənistana neft məhsullarının ilk ixracı ötən ilin dekabrında başlayıb. Rəsmi Bakının bu istiqamətdə Ermənistana neft və neft məhsullarını davamlı tədarük etməsi bu ölkədə yanacağın qiymətinin tənzimlənməsinə, monopoliyanın zəifləməsinə təsir göstərib. Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir. Bu ilin aprelində isə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfər etməsi də rəsmi Bakının sülh prosesinə, əməkdaşlığa sadiqliyinin göstərir. Apreldə tərəflər delimitasiya üzrə təlimat layihələrini razılaşdırıblar. Artıq dövlət sərhədinin 13 kilometrə yaxını rəsmi olaraq müəyyənləşdirilib”.
S.Vəliyev vurğulayıb ki, birmənalı olaraq bu və digər razılaşmalar Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub: “Rəsmi Bakı Vaşinqton görüşündə əldə edilən razılığa və imzalanan sənədlərə uyğun olaraq sülh, normallaşma prosesinə töhfələr verir. Bir il öncə əldə olunan Vaşinqton razılaşmaları Azərbaycanın regionda rolunun və təşəbbüslərinin ABŞ tərəfindən yüksək dəyərləndirildiyini sübut edir. ABŞ Prezidenti Donald Trampın Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydi və xoş sözləri ilə birlikdə Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi olaraq göndərməsi də bunun əyani nümunəsidir. Bu fakt Ağ Ev rəhbərinin dövlətimizə və onun liderinə böyük ehtiramının ifadəsidir. Bu ilin fevralında ABŞ-ın vitse-prezidenti Vensin ölkəmizə səfəri, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ölkələrimiz arasında münasibətlərimizin yeni mərhələyə keçməsinin göstəricisidir. Bundan əlavə, Azərbaycanın Sülh Şurasına təsisçi üzv seçilməsi, Prezident Donald Trampın “Bakı Enerji Həftəsi”in iştirakçılarına məktub göndərməsi, ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun Bakı Enerji Forumunun açılışında iştirak etməsi də mühüm faktlardır. İyunun 2-də Bakıda Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçirilməsi də ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfələr verəcək. ABŞ Prezidenti tərəfindən dövlətimizin başçısının Mayamidə keçiriləcək G20 Liderlər Sammitinə dəvət olunması Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsini təsdiqləyən mühüm siyasi hadisədir. Əlbəttə, bütün bunların əsasında tarixi Vaşinqton görüşü dayanır. Həmin görüşdə qəbul olunan qərarlar bütövlükdə Cənubi Qafqaz üçün böyük perspektivlər vəd edir”.
Şəhanə Qədirli
9 Sentyabr 21:16
9 Sentyabr 20:10
9 Sentyabr 19:15
9 Sentyabr 19:03
9 Sentyabr 18:57
9 Sentyabr 18:51
9 Sentyabr 18:43
9 Sentyabr 18:37
9 Sentyabr 18:33
9 Sentyabr 18:25
9 Sentyabr 18:19
9 Sentyabr 18:15
9 Sentyabr 18:09
9 Sentyabr 18:03
9 Sentyabr 17:49
9 Sentyabr 17:44
9 Sentyabr 17:35
9 Sentyabr 17:25
9 Sentyabr 17:19
9 Sentyabr 17:14
9 Sentyabr 17:09
9 Sentyabr 16:54
9 Sentyabr 16:49
9 Sentyabr 16:39
9 Sentyabr 16:31
9 Sentyabr 16:29
9 Sentyabr 16:21
9 Sentyabr 16:15
9 Sentyabr 16:07
9 Sentyabr 15:57
9 Sentyabr 15:45
9 Sentyabr 15:39
9 Sentyabr 15:24
9 Sentyabr 15:15
9 Sentyabr 15:09
9 Sentyabr 14:58
9 Sentyabr 14:53
9 Sentyabr 14:46
9 Sentyabr 14:38
9 Sentyabr 14:35
9 Sentyabr 14:27
9 Sentyabr 14:19
9 Sentyabr 14:14
9 Sentyabr 13:59
9 Sentyabr 13:49
9 Sentyabr 13:43
9 Sentyabr 13:35
9 Sentyabr 13:34
9 Sentyabr 13:19
9 Sentyabr 13:15
9 Sentyabr 13:11
9 Sentyabr 13:09
9 Sentyabr 13:05
9 Sentyabr 13:05
9 Sentyabr 12:56
9 Sentyabr 12:40
9 Sentyabr 12:37
9 Sentyabr 12:24
9 Sentyabr 12:19
9 Sentyabr 12:10
9 Sentyabr 12:07
9 Sentyabr 11:57
9 Sentyabr 11:47
9 Sentyabr 11:35
9 Sentyabr 11:30
9 Sentyabr 11:24
9 Sentyabr 11:21
9 Sentyabr 11:13
9 Sentyabr 10:59
9 Sentyabr 10:57
9 Sentyabr 10:55
9 Sentyabr 10:42
9 Sentyabr 10:38
9 Sentyabr 10:37
9 Sentyabr 10:35
9 Sentyabr 10:28
9 Sentyabr 10:24
9 Sentyabr 10:21
9 Sentyabr 10:17
9 Sentyabr 10:12
9 Sentyabr 10:06
9 Sentyabr 09:57
9 Sentyabr 09:50
9 Sentyabr 09:41
9 Sentyabr 09:15
9 Sentyabr 09:13
9 Sentyabr 09:08
9 Sentyabr 09:00
9 Sentyabr 08:57
9 Sentyabr 08:56
9 Sentyabr 08:55
9 Sentyabr 08:50
9 Sentyabr 08:49
9 Sentyabr 08:49
9 Sentyabr 08:45
9 Sentyabr 08:43
9 Sentyabr 08:37
9 Sentyabr 08:30
9 Sentyabr 08:24
9 Sentyabr 08:18
9 Sentyabr 08:10
9 Sentyabr 08:04
9 Sentyabr 08:04
9 Sentyabr 06:28
9 Sentyabr 03:27
9 Sentyabr 00:12
9 Sentyabr 00:10
9 Sentyabr 00:07
9 Sentyabr 00:06
8 Sentyabr 23:55
8 Sentyabr 21:24
8 Sentyabr 19:53
8 Sentyabr 19:38
8 Sentyabr 19:05
8 Sentyabr 19:02
8 Sentyabr 18:47
8 Sentyabr 18:45
8 Sentyabr 18:40
8 Sentyabr 18:27
8 Sentyabr 18:20
8 Sentyabr 18:08
8 Sentyabr 18:00
8 Sentyabr 17:49
8 Sentyabr 17:41
8 Sentyabr 17:38
8 Sentyabr 17:35
8 Sentyabr 17:34
8 Sentyabr 17:28
8 Sentyabr 17:17
8 Sentyabr 17:12
8 Sentyabr 17:02
8 Sentyabr 16:57
8 Sentyabr 16:52
8 Sentyabr 16:49
8 Sentyabr 16:44
8 Sentyabr 16:34
8 Sentyabr 16:19
8 Sentyabr 16:17
8 Sentyabr 16:15
8 Sentyabr 16:15
8 Sentyabr 16:07
8 Sentyabr 15:58
8 Sentyabr 15:44
8 Sentyabr 15:39
8 Sentyabr 15:29
8 Sentyabr 15:23
8 Sentyabr 15:15
8 Sentyabr 15:07
8 Sentyabr 15:04
8 Sentyabr 14:57
Ən son xəbərləri səhifəmizdən də izləyin