BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdaşda polis toyu dayandırdı

Ağdaş rayonunda yetkinlik yaşına çatmayan şəxsin toyu barədə daxil olmuş müraciət üzrə polis tərəfindən araşdırma aparılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri tədbirlər icra edilib.

 

Araşdırmalar zamanı qızın 17 yaşının olduğu müəyyənləşib.

 

Polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri oğlanın və qızın valideynləri ilə izahedici söhbətlər aparıblar, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

 

Planlaşdırılan toy məclisi isə təxirə salınıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 7 Avqust 2026, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin