BURADA REKLAMINIZ OLA
BİLƏR

“Vaşinqton anlaşması region üçün əməkdaşlıq, dayanıqlı sülh vəd edir” - RƏY

“Vaşinqton anlaşması bütövlükdə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması ilə yanaşı, eyni zamanda region üçün ciddi iqtisadi dividendlər vəd edir. Nəzərə alsaq ki, Vaşinqton anlaşmasından sonra Azərbaycan sülh gündəliyinə sadiq olaraq Ermənistana yanacaq məhsullarının ixracatını həyata keçirdi. Eyni zamanda Prezident cənab İlham Əliyevin göstərişi ilə Azərbaycan  üzərindən Ermənistana daşınan yüklərlə bağlı bütün məhdudiyyətlər aradan qaldırıldı. Bu, təbii ki, birmənalı şəkildə Azərbaycanın regiondakı sülh prosesinə töhfəsini nümayiş etdirirdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar Bayramov deyib.

Son 22 ildə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb – Vüqar Bayramov

V.Bayramov qeyd edib ki, Azərbaycan sülh gündəliyinə  sadiqdir və regionda iqtisadi əməkdaşlığı dəstəkləyir: “Təbii ki, iqtisadi əməkdaşlıq eyni zamanda region inkişafı üçün vacibdir və cənab Prezident məhz Şuşada keçirilən IV Qlobal Media Forumunda da qeyd edib ki, beynəlxalq yükdaşımalar eyni zamanda qonşu ölkələrin bir-biri ilə əlaqələrindən birbaşa asılıdır. Bu baxımdan Azərbaycan və Ermənistan arasındakı sülh bir tərəfdən bütövlükdə regionda əməkdaşlığın formalaşmasına imkan yaratmaqla yanaşı, digər tərəfdən region üçün yeni iqtisadi imkanlar yaradır. Bu da təbii ki, bütövlükdə region ölkələrinin bu imkanlardan faydalanması anlamına gəlir”.

 

Deputat vurğulayıb ki, çox vacib məqamlardan biri Zəngəzur dəhlizi və ya TRİPP layihəsinin reallaşması ilə bağlıdır: “Nəzərə alsaq ki, Ermənistan ərazisindəki hissə məhz ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə reallaşan infrastruktur layihəsidir və bu, Zəngəzur dəhlizinin bir hissəsi olmaqla, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının formalaşmasına imkan verəcək. TRİPP təbii ki, yanlız Azərbaycan üçün deyil, bütövlükdə region üçün ciddi iqtisadi dividendlər vəd edir. Bu kommunikasiyaların yenidən bərpa olunması, eyni zamanda bütövlükdə regionda nəqliyyat və logistikanın inkişafının ciddi şəkildə dəstəklənməsi anlamına gəlir. Həmçinin sülhün dayanıqlılığını dəstəkləyən əsas iqtisadi faktorlardan biri olacaq. O baxımdan Vaşinqton anlaşması region üçün əməkdaşlıq eləcə də dayanıqlı sülh vəd edir. Xüsusən də Ermənistan konstitusiyasında gözlənilən dəyişikliklərin daha tez reallaşması bütövlükdə sülhün institusionallaşmasına və daha dayanıqlı olmasına gətirib çıxara bilər”.

 

Şəhanə Qədirli

 

Tarix: 8 Avqust 2026, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin