Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Yay Fest 2026”nın 3-7 avqust tarixlərini əhatə edən “Müasir Şəhərlər və Texnologiya” düşərgəsi uğurla başa çatıb.
Şamaxı rayonunda təşkil olunan və festivalın sayca dördüncü düşərgəsinin əsas məqsədi gənclərin müasir şəhərsalma, memarlıq, rəqəmsal transformasiya, süni intellekt, innovasiya və dayanıqlı inkişaf istiqamətlərində bilik və bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı düşüncə tərzinin formalaşdırılması, liderlik və komanda ruhunun gücləndirilməsi olub.
Düşərgə iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra gənclər düşərgə ərazisinə yollanaraq onlar üçün hazırlanmış zəngin proqramla tanış olublar.
Düşərgə çərçivəsində müvafiq dövlət qurumlarının və özəl sektorun nümayəndələrinin iştirakı ilə gənclər üçün “Şəhərsalmada yeni baxış: Təcrübə, innovasiya və inklüzivlik”, “Qayıdışdan gələcəyə: Təhlükəsizlik və davamlı inkişaf”, “AI for Digital City” və “Ağıllı robotlar, ağıllı gələcək” mövzularında görüşlər keçirilib. Yay Fest iştirakçıları Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, müasir şəhərsalma təcrübəsi, mina təhlükəsi, təhlükəsiz qayıdışın təmin olunması, süni intellektin gələcəyin şəhərlərinin planlaşdırılması və idarə olunmasındakı rolu, ağıllı şəhər həlləri, robot texnologiyaları və gələcəyin peşələri barədə məlumat əldə ediblər. Eyni zamanda IDEA İctimai Birliyinin təqdimatında iştirakçılar üçün “Urbanizasiya dövründə ekoloji çağırışlar və innovativ həllər” mövzusunda interaktiv sessiya təşkil olunub. Düşərgə müddətində Azərbaycan Respublikasının siyasi və dövlət xadimi, diplomat, alim və tarix elmləri doktoru Həsən Həsənovun Azərbaycanın zəngin tarixi və dövlətçilik ənənələri mövzusunda gənclərlə görüşü də baş tutub.
Maarifləndirici proqramla yanaşı, gənclərin həm əyləncəli, həm də öyrədici zaman keçirməsi üçün “Sənin ideyan: Gələcəyin şəhəri!” ideyatonu, “KOD Qarabağ” intellektual oyunu, “DİRÇƏLİŞ” Urban Art vörkşopu, airsoft taktiki oyunu, Rəsədxana muzeyinə ekskursiya, idman yarışları və komanda quruculuğu fəaliyyətləri təşkil olunub. Yay Fest axşamları gənclərin sevimli mahnılarının ritmində rəqslər və tonqal ətrafında edilən səmimi söhbətlərlə yadda qalıb.
Beləliklə, 5 gün davam edən "Müasir Şəhərlər və Texnologiya" düşərgəsi gənclərin müasir çağırışlara uyğun olaraq bilik və bacarıqlarının inkişaf etdirilməsi, gələcəyin şəhərlərinə dair innovativ baxışlarının formalaşdırılması və gənclərin bir-biri ilə şəbəkələşməsi baxımından uğurla başa çatıb.
İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan “Yay Fest” 4 sentyabr tarixinədək “Elm, etika və gələcək”, “Mühəndislik və kod”, “Startap və sahibkarlıq”, “AI – İdman və sağlamlıq” adlı növbəti düşərgələrlə davam edəcək.
“Yay Fest 2026” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, “Böyük Qayıdış” Gənclər Təşkilatı və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.
Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak üçün müsahibələrə qatılmağa dəvət edir. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Hər gənc yalnız bir düşərgədə iştirak edə bilər.
9 Sentyabr 23:19
9 Sentyabr 21:16
9 Sentyabr 20:10
9 Sentyabr 19:15
9 Sentyabr 19:03
9 Sentyabr 18:57
9 Sentyabr 18:51
9 Sentyabr 18:43
9 Sentyabr 18:37
9 Sentyabr 18:33
9 Sentyabr 18:25
9 Sentyabr 18:19
9 Sentyabr 18:15
9 Sentyabr 18:09
9 Sentyabr 18:03
9 Sentyabr 17:49
9 Sentyabr 17:44
9 Sentyabr 17:35
9 Sentyabr 17:25
9 Sentyabr 17:19
9 Sentyabr 17:14
9 Sentyabr 17:09
9 Sentyabr 16:54
9 Sentyabr 16:49
9 Sentyabr 16:39
9 Sentyabr 16:31
9 Sentyabr 16:29
9 Sentyabr 16:21
9 Sentyabr 16:15
9 Sentyabr 16:07
9 Sentyabr 15:57
9 Sentyabr 15:45
9 Sentyabr 15:39
9 Sentyabr 15:24
9 Sentyabr 15:15
9 Sentyabr 15:09
9 Sentyabr 14:58
9 Sentyabr 14:53
9 Sentyabr 14:46
9 Sentyabr 14:38
9 Sentyabr 14:35
9 Sentyabr 14:27
9 Sentyabr 14:19
9 Sentyabr 14:14
9 Sentyabr 13:59
9 Sentyabr 13:49
9 Sentyabr 13:43
9 Sentyabr 13:35
9 Sentyabr 13:34
9 Sentyabr 13:19
9 Sentyabr 13:15
9 Sentyabr 13:11
9 Sentyabr 13:09
9 Sentyabr 13:05
9 Sentyabr 13:05
9 Sentyabr 12:56
9 Sentyabr 12:40
9 Sentyabr 12:37
9 Sentyabr 12:24
9 Sentyabr 12:19
9 Sentyabr 12:10
9 Sentyabr 12:07
9 Sentyabr 11:57
9 Sentyabr 11:47
9 Sentyabr 11:35
9 Sentyabr 11:30
9 Sentyabr 11:24
9 Sentyabr 11:21
9 Sentyabr 11:13
9 Sentyabr 10:59
9 Sentyabr 10:57
9 Sentyabr 10:55
9 Sentyabr 10:42
9 Sentyabr 10:38
9 Sentyabr 10:37
9 Sentyabr 10:35
9 Sentyabr 10:28
9 Sentyabr 10:24
9 Sentyabr 10:21
9 Sentyabr 10:17
9 Sentyabr 10:12
9 Sentyabr 10:06
9 Sentyabr 09:57
9 Sentyabr 09:50
9 Sentyabr 09:41
9 Sentyabr 09:15
9 Sentyabr 09:13
9 Sentyabr 09:08
9 Sentyabr 09:00
9 Sentyabr 08:57
9 Sentyabr 08:56
9 Sentyabr 08:55
9 Sentyabr 08:50
9 Sentyabr 08:49
9 Sentyabr 08:49
9 Sentyabr 08:45
9 Sentyabr 08:43
9 Sentyabr 08:37
9 Sentyabr 08:30
9 Sentyabr 08:24
9 Sentyabr 08:18
9 Sentyabr 08:10
9 Sentyabr 08:04
9 Sentyabr 08:04
9 Sentyabr 06:28
9 Sentyabr 03:27
9 Sentyabr 00:12
9 Sentyabr 00:10
9 Sentyabr 00:07
9 Sentyabr 00:06
8 Sentyabr 23:55
8 Sentyabr 21:24
8 Sentyabr 19:53
8 Sentyabr 19:38
8 Sentyabr 19:05
8 Sentyabr 19:02
8 Sentyabr 18:47
8 Sentyabr 18:45
8 Sentyabr 18:40
8 Sentyabr 18:27
8 Sentyabr 18:20
8 Sentyabr 18:08
8 Sentyabr 18:00
8 Sentyabr 17:49
8 Sentyabr 17:41
8 Sentyabr 17:38
8 Sentyabr 17:35
8 Sentyabr 17:34
8 Sentyabr 17:28
8 Sentyabr 17:17
8 Sentyabr 17:12
8 Sentyabr 17:02
8 Sentyabr 16:57
8 Sentyabr 16:52
8 Sentyabr 16:49
8 Sentyabr 16:44
8 Sentyabr 16:34
8 Sentyabr 16:19
8 Sentyabr 16:17
8 Sentyabr 16:15
8 Sentyabr 16:15
8 Sentyabr 16:07
8 Sentyabr 15:58
8 Sentyabr 15:44
8 Sentyabr 15:39
8 Sentyabr 15:29
8 Sentyabr 15:23
8 Sentyabr 15:15
8 Sentyabr 15:07
8 Sentyabr 15:04
Ən son xəbərləri səhifəmizdən də izləyin