“Bir il əvvəl, 8 avqust 2025-ci ildə Prezident İlham Əliyevin ABŞ-a səfəri və Vaşinqtonda keçirilən görüşlər Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə mühüm sənədlər imzalandı. Azərbaycan və Ermənistanın xarici işlər nazirləri sülh sazişinin razılaşdırılmış mətnini parafladılar. Eyni zamanda, iki ölkənin xarici işlər nazirləri ATƏT-in Minsk prosesinin və onunla bağlı strukturların bağlanması barədə birgə müraciət imzaladılar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bu səfərin tarixi əhəmiyyətini anlamaq üçün bir qədər geriyə baxmaq lazımdır: “2020-ci il müharibəsindən sonra Azərbaycan qarşısında yeni bir vəzifə dayanırdı. Müharibə başa çatmışdı, amma davamlı sülhün siyasi və hüquqi əsasları yaradılmalı idi. Prezident İlham Əliyev də məhz bu istiqamətdə addım atdı. Azərbaycan sülh müqaviləsinin hazırlanmasını özü gündəmə gətirdi və münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürdü. Həmin beş prinsip əslində Azərbaycanın sülh yanaşmasının əsasını təşkil edirdi. Burada dövlətlərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi, qarşılıqlı şəkildə ərazi iddialarından imtina, gücdən və güc tətbiqi hədəsindən çəkinmək, dövlət sərhədlərinin toxunulmazlığı və kommunikasiyaların açılması, həmçinin diplomatik münasibətlərin qurulması kimi məsələlər əsas xətti təşkil edirdi. Bu prinsiplər beynəlxalq hüquqa söykənirdi və Azərbaycan onları sülh müqaviləsinin bazası kimi təqdim etmişdi. Prezident İlham Əliyevin siyasətinin mühüm tərəfi də bundan ibarət idi ki, Azərbaycan əldə etdiyi hərbi qələbədən sonra qarşı tərəfə yeni müharibə deyil, sülh təklif etdi. Prezident müxtəlif çıxışlarında vurğulayırdı ki, artıq revanş və qarşıdurma mərhələsi geridə qalmalıdır. Azərbaycanın təklif etdiyi beş prinsip də bu yanaşmanın siyasi ifadəsi idi. Yəni məqsəd keçmiş münaqişəni davam etdirmək yox, iki dövlət arasında münasibətlərin beynəlxalq hüquq əsasında qurulması idi”.
Deputat vurğulayıb ki, bu prosesdə ABŞ-ın və Prezident Donald Trampın rolu da xüsusi qeyd olunmalıdır: “Vaşinqton görüşünün fərqi onda idi ki, ABŞ Prezidenti tərəfləri Ağ Evdə bir araya gətirdi və əldə olunan razılaşmanı siyasi səviyyədə dəstəklədi. Trampın iştirakı ilə Birgə Bəyannamə imzalandı və sülh sazişinin mətninin paraflanması rəsmiləşdi. Bəyannamədə Trampın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına verdiyi töhfəyə xüsusi minnətdarlıq ifadə edildi. ABŞ Prezidentinin vasitəçilik xəttinin başqa bir mühüm tərəfi isə sülhü iqtisadi və nəqliyyat imkanları ilə əlaqələndirməsidir. Vaşinqton sənədində Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən maneəsiz bağlantı və regionda yeni nəqliyyat imkanlarının yaradılması məsələsi də öz əksini tapdı. Bu çərçivədə “Trump Route for International Peace and Prosperity” – TRIPP layihəsinin irəli sürülməsi regionun gələcəyi baxımından ayrıca əhəmiyyət daşıyır. Əslində, burada üç fərqli xətt bir nöqtədə birləşdi. Azərbaycan sülhün siyasi və hüquqi əsaslarını ortaya qoydu, Prezident İlham Əliyev bu prinsiplərin ardıcıl şəkildə müdafiəsini təmin etdi, ABŞ və Prezident Tramp isə tərəflərin Vaşinqtonda bir araya gəlməsinə və əldə olunan razılaşmanın beynəlxalq siyasi çəkisinin artmasına şərait yaratdı”.
Şəhanə Qədirli
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
Ən son xəbərləri səhifəmizdən də izləyin