Ümid Partiyasının sədri İqbal Ağazadə Şah İsmayıl Xətai ətrafındakı növbəti müzakirələrə münasibət bildirib.
Açıqlamanı təqdim edir:
“Tarix və tarixi şəxsiyyətlərlə bağlı müxtəlif platformalarda mütəmadi müzakirə və mübahisələr açılır, debatlar təşkil olunur.
Bəlkə də normal haldır, insanlar düşüncə və fikirlərini bölüşür, tarix haqqında yaddaşları təzələyir, unudulmağa qoymur.
Son günlər yenə ənənəvi tarixi mübahisə "predmetlərindən" biri olan Şah İsmayıl Xətai mövzusu geniş müzakirə olunur, kimi sevgisini, kimi nifrətini, kimi də milliyyət və məzhəbini dartışır.
Məncə, yanlış olan da elə budur.
Şah İsmayıl Xətainin yaşadığı və rəhbərlik etdiyi dövr milli dövlət anlayışının hakim olmadığı, fikir və düşüncələrdə yer almadığını nədənsə hamı unudur.
Bəs milli dövlət nədir, nə vaxt yaranıb, onun sülalə dövləti və ya imperiyalarla fərqi nədir?
Milli dövlət gücünü və qanuniliyini müəyyən coğrafi ərazidə yaşayan tək bir millətdən alan dövlət növüdür. O, əsasən orta əsrlərin sonunda zəifləyən krallıqların yerinə, 1789-cu il Fransa inqilabından sonra Avropada ortaya çıxmağa başladı.
Milli Dövlətin əsas xüsusiyyətləri:
- ortaq dil, mədəniyyət və tarix birliyi
- birlikdə yaşamaq istəyən xalq və ya millət
- dəqiq müəyyən edilmiş sərhədlər
- vətəndaşlıq hüquqları və mərkəzi qanunlar (mənbə: Vikipediya)
Tarixin müxtəlif dönəmlərində müasir dövlətlərin ərazisində çoxsaylı, dəyişkən, bəzən bütöv, bəzən parçalanmış sülalə dövlətləri və imperiyalar olub.
Müasir Avropa qitəsində mövcud olan dövlətlər milli dövlət anlayışına kimi müxtəlif sülalələr və ya bir sülalə tərəfindən idarə olunublar.
O cümlədən, Rusiya, Çin, Yaxın Şərq ölkələri, Asiya qitəsi də eyni taleyi yaşayıb.
İndi kimsə Tarixin bu dövrünə qayıdıb, iki türkün döyüşünü millətə və xalqa xəyanət, bölücülük kimi sırıya bilməz!
XXI əsrdən XVI əsrə bu baxış çox yanlışdır!
Hər sülalənin, hər hakimiyyətin öz maraqları olub, o maraqlar üçün döyüşüb, ərazilər işğal edib, hər biri də gücünü artırmağa çalışıb.
Səfəvilər dövləti milli dövlətdirmi?
Xeyr, Səfəvilər adından da göründüyü kimi, sülalə hakimiyyəti vasitəsilə idarə olunan imperiya olub. Bu imperiya ortaq dilə, mədəniyyət və tarixi birliyə malik deyildi.
Birgə yaşamaq istəyən xalq və millət yox idi, imperiyada birləşən ərazilər və burada yaşayan xalqlar və millətlər zor gücünə mərkəzi hakimiyyət ətrafında birləşdirilmişdi. Ərazidə mütəmadi üsyanların səbəbi də məhz bu zorakı birləşmə idi.
İmperiyaların dəqiq müəyyən edilmiş sərhədləri yox idi. İmperiya güclü olarkən sərhədlər genişlənib, zəifləyərkən kiçilib.
Bu tipli idarəetmələrdə vətəndaşlıq hüquqları və mərkəzi qanunlar da mövcud olmayıb, işğal dönəmində ərazidə hökmran olan şəxsin gücünə və şərtlərinə bağlı hər ərazidə yaşayan sakinlərə fərqli yanaşmalar olub.
Tarixdə ingilislə ingilis, almanla alman, yunanla yunan, ərəblə ərəb, türklə türk və s. nə qədər desəniz, qarşıdurmalar və döyüşlər olub.
İndi bu saydıqlarımın içərisindən Sultan Səlimlə Şah İsmayılı seçib də hədəfə gətirmək, birini qəhrəman, digərini xəyanətkar elan etmək hansı məntiqə sığır?
Şah İsmayıl Səfəvilər sülaləsinin hökmdarı, Sultan Səlim Osmanlı sülaləsinin sultanı idi.
Hər ikisi böyük ərazilər işğal etmiş, həmçinin maraqlarının toqquşduğu xeyli torpaq var idi. Və beləliklə də, imperiya sərhədləri mütəmadi olaraq, dəyişirdi. Və təbii ki, bu sülalələr döyüşməli idilər. Əks təqdirdə tarix səhnəsindən silinəcəkdilər. (1736-cı ildə Səfəvilər sülaləsinin süqutu kimi. Həmçinin varislik üstündə atanın oğulu, qardaşın qardaşı öldürdüyü kimi)
Milli şüurun və ideolojinin olmadığı, hakimiyyətin əsasını sülalə, nəsil, soy, kök təşkil etdiyi bir vaxtda onlardan daha nə gözlənilməli idi ki?
Buna görə də sülalə hakimiyyəti ilə milli hakimiyyəti qarşı qarşıya qoymaq, kimdənsə milli qəhrəman və ya milli xəyanətkar düzəltmək kökündən yanlışdır!
Niyə müasir Türkiyə özünü Osmanlının varisi sayır?
Çünki Osmanlı imperiyasının mövcud olduğu ərazidə Türkiyə Cümhuriyyəti formalaşıb, əhali Qazi Osmanın dilində danışır, din anlayışı dəyişməyib, tarixi bağlar eynidir.
Biz niyə Səfəviləri özümüzünkü hesab edirik?
Çünki Səfəvilər dövləti müasir Azərbaycan ərazisində (Güney və Quzey Azərbaycan) yaranıb, ilk paytaxtı Təbriz olub (əhalisinin mütləq əksəriyyəti türk), Şah İsmayılın ana dili türk dili olub, saray dili türk və fars dili hesab olunub, (ərazidə farsların da türklər qədər sayı olduğu üçün), öz şeirlərini ana dilində - türkcə yazıb.
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! (Yenə də Avşarların, Qacarların, Səfəvi dövlətindən əvvəl mövcud olmuş dövlətlərin varisi kimi)
Farslar da iddia edir, olsun, onların da indiki ərazisində Səfəvilər dövləti mövcud olub, onlar da bu dövrü öz tarixlərinin bir hissəsi hesab edir. Lakin bu Səfəvilərin sülalə kimi türk olmaması və ya müasir Azərbaycan dövlətinin varisi olmadığını inkar edə bilməz.
Necə ki, ingilis, alman tarixi həm də Roma İmperiyası ilə bağlıdır.
Şah İsmayıl məzhəb savaşına
15 Sentyabr 01:19
15 Sentyabr 01:16
14 Sentyabr 21:00
14 Sentyabr 20:13
14 Sentyabr 19:47
14 Sentyabr 19:04
14 Sentyabr 19:02
14 Sentyabr 18:52
14 Sentyabr 18:41
14 Sentyabr 18:32
14 Sentyabr 18:29
14 Sentyabr 18:25
14 Sentyabr 18:15
14 Sentyabr 18:14
14 Sentyabr 18:10
14 Sentyabr 18:08
14 Sentyabr 18:00
14 Sentyabr 17:45
14 Sentyabr 17:41
14 Sentyabr 17:35
14 Sentyabr 17:32
14 Sentyabr 17:21
14 Sentyabr 17:18
14 Sentyabr 17:16
14 Sentyabr 17:12
14 Sentyabr 16:57
14 Sentyabr 16:53
14 Sentyabr 16:47
14 Sentyabr 16:43
14 Sentyabr 16:35
14 Sentyabr 16:29
14 Sentyabr 16:26
14 Sentyabr 16:16
14 Sentyabr 16:07
14 Sentyabr 16:05
14 Sentyabr 15:54
14 Sentyabr 15:52
14 Sentyabr 15:42
14 Sentyabr 15:40
14 Sentyabr 15:40
14 Sentyabr 15:37
14 Sentyabr 15:36
14 Sentyabr 15:35
14 Sentyabr 15:32
14 Sentyabr 15:29
14 Sentyabr 15:25
14 Sentyabr 15:24
14 Sentyabr 15:21
14 Sentyabr 15:16
14 Sentyabr 15:15
14 Sentyabr 15:11
14 Sentyabr 15:09
14 Sentyabr 15:05
14 Sentyabr 14:57
14 Sentyabr 14:47
14 Sentyabr 14:43
14 Sentyabr 14:33
14 Sentyabr 14:28
14 Sentyabr 14:24
14 Sentyabr 14:15
14 Sentyabr 14:12
14 Sentyabr 14:03
14 Sentyabr 14:00
14 Sentyabr 13:56
14 Sentyabr 13:41
14 Sentyabr 13:32
14 Sentyabr 13:29
14 Sentyabr 13:13
14 Sentyabr 13:06
14 Sentyabr 13:01
14 Sentyabr 12:50
14 Sentyabr 12:43
14 Sentyabr 12:38
14 Sentyabr 12:35
14 Sentyabr 12:31
14 Sentyabr 12:26
14 Sentyabr 12:24
14 Sentyabr 12:19
14 Sentyabr 12:17
14 Sentyabr 12:13
14 Sentyabr 11:57
14 Sentyabr 11:47
14 Sentyabr 11:46
14 Sentyabr 11:45
14 Sentyabr 11:40
14 Sentyabr 11:39
14 Sentyabr 11:37
14 Sentyabr 11:32
14 Sentyabr 11:25
14 Sentyabr 11:19
14 Sentyabr 11:18
14 Sentyabr 11:15
14 Sentyabr 11:08
14 Sentyabr 11:06
14 Sentyabr 11:05
14 Sentyabr 10:49
14 Sentyabr 10:48
14 Sentyabr 10:46
14 Sentyabr 10:39
14 Sentyabr 10:37
14 Sentyabr 10:34
14 Sentyabr 10:31
14 Sentyabr 10:29
14 Sentyabr 10:25
14 Sentyabr 10:23
14 Sentyabr 09:47
14 Sentyabr 09:45
14 Sentyabr 09:43
14 Sentyabr 09:33
14 Sentyabr 09:14
14 Sentyabr 09:02
14 Sentyabr 08:47
14 Sentyabr 08:42
14 Sentyabr 08:37
14 Sentyabr 08:31
14 Sentyabr 08:27
14 Sentyabr 08:25
14 Sentyabr 08:20
14 Sentyabr 08:16
14 Sentyabr 08:12
14 Sentyabr 08:08
14 Sentyabr 08:05
14 Sentyabr 06:39
14 Sentyabr 06:36
14 Sentyabr 01:33
14 Sentyabr 00:55
14 Sentyabr 00:12
13 Sentyabr 23:31
13 Sentyabr 22:10
13 Sentyabr 20:41
13 Sentyabr 19:15
13 Sentyabr 18:37
13 Sentyabr 17:45
13 Sentyabr 16:49
13 Sentyabr 15:40
13 Sentyabr 15:11
13 Sentyabr 14:27
13 Sentyabr 14:22
13 Sentyabr 13:25
13 Sentyabr 13:04
13 Sentyabr 11:57
13 Sentyabr 11:54
13 Sentyabr 09:44
13 Sentyabr 09:10
12 Sentyabr 23:07
12 Sentyabr 21:43
12 Sentyabr 21:23
12 Sentyabr 20:15
12 Sentyabr 20:12
12 Sentyabr 19:10
Ən son xəbərləri səhifəmizdən də izləyin