BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib.


Pravda.az xəbər verir ki, təbrikdə deyilir:


"Hörmətli cənab Prezident,


Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.


Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".


Tarix: 9 Avqust 2026, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin