BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda Xətai rayonunda baş verən yanğın söndürüldü - YENİLƏNDİ

Bakı şəhəri, Xətai rayonu, Orxan İsmayılov küçəsində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

***

16:28

 

Bakıda güclü yanğın başlayıb.

 

Hadisə 8 Noyabr prospekti yaxınlığında qeydə alınıb.

 

Hadisə yerindən yayılan görüntülərdə neft çənlərinin yerləşdiyi ərazidən güclü tüstünün qalxdığı və yanğının baş verdiyi görünür.

 

İlkin iddialara görə, neft çənlərindən birində partlayış baş verib.

 

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerindədirlər./oxu.az

 

 

 

Tarix: 9 Avqust 2026, 19:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin