BURADA REKLAMINIZ OLA
BİLƏR

"Allah keçdiyim həyat yolunu cavanların heç birinə göstərməsin" - Şərurlu İsfəndiyar

“Allah keçdiyim həyat yolunu cavanların heç birinə göstərməsin. Çünki nə ayaqqabım olub, nə paltarım... Bir itim, bir çadırım olub, dağda ilanların içərisində kimi tək yaşamışam”.

 

Pravda.az xəbər verir ki, bu sözləri “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov “Zarafat bir yana” verilişində deyib.

 

O bildirib ki, təhsil almamağının səbəbi çətin həyat dövrü olub: “Orta məktəbə gedə bilmədiyimə görə savadsız qalmışam. İnsan daim düşünür, beyni daim inkişaf edir. Bilin ki, maaşla heç zaman milyonçu olmaq olmur. Atam çox qəddar adam olub. Ona demişəm ki, utanıram mal-qaraya getməyə, cavan oğlanam, icazə ver, fəhlə işləyim. Deyirdi ki, birdən o pulu gətirib mənə verə bilməzsən. Mən də dedim nümunə üçün işləyim, pulu sənə gətirə bilməsəm, köhnə işimə geri qayıdaram. İşləyib gedib onun pulunu vermişəm”.

 

Şəhanə Qədirli

Tarix: 10 Avqust 2026, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin