BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ana, sən əjdahasan!” - VİDEO

ABŞ-da yaşayan aparıcı Hüsniyə Məhərrəmova məşhur kanadalı müğənni Brayan Adamsın konsertinə gedib.

 

Aparıcı konsertdən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, 1990-cı illərdə Adamsın mahnılarını dinlədiyini və illər sonra onu canlı izləməyin fərqli hiss olduğunu yazıb.

 

“Bütün gəncliyim Brayan Adamsın mahnıları ilə keçib... 90-larda ona qulaq asanda, heç düşünməzdim ki, onu bir gün canlı dinləyəcəyəm, özü də Amerikada! Həyat çox əla zarafatdı” deyə, Hüsniyə qeyd edib.

 

Aparıcı digər paylaşımında isə anasının onun zövqünün formalaşmasına təsir etdiyini vurğulayıb:

 

“Ana, musiqidə, ədəbiyyatda, geyimdə və ümumiyyətlə həyatda zövqümün formalaşmasına təsir etdiyinə görə çox sağ ol deyirəm. Mənə azad olmağı öyrətdiyin üçün çox sağ ol! Ana, sən əjdahasan!”.Axşam.az

 

Tarix: 10 Avqust 2026, 18:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin