BURADA REKLAMINIZ OLA
BİLƏR

Lalə Şövkətdən xəbər var

Ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin səhhəti yaxşılaşıb. Bu barədə Qaynarinfo-ya Lalə Şövkətin oğlu Sidqi Hacıyev məlumat verib.

 

O, Lalə Şövkətin hazırda bağda olduğunu və müalicəsini davam etdirdiyini bildirib:

 

"Lalə xanım nisbətən yaxşıdır. Hazırda bağdayıq, müalicə olunur. Həkimlərin tövsiyələrinə əməl edirik".

 

Qeyd edək ki, 2020-ci ildə Lalə Şövkətin səhhətində problemlər yaranıb. Həmin il həkimlər onun yoğun bağırsağında şiş aşkarlayıblar. Lalə Şövkət 2020-ci ilin avqustunda əməliyyat olunub.

Tarix: 10 Avqust 2026, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin