BURADA REKLAMINIZ OLA
BİLƏR

İstanbulda meyiti tapılan azərbaycanlı iş adamı "Bəniz"in keçmiş əri imiş

Türkiyədə meyiti tapılan azərbaycanlı kişi ilə bağlı yeni məlumatlar yayılıb. Pravda.az "unikal.az"a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Rövşən Zeynalovun nəşi ailəsinə təhvil verilib və bu gün Azərbaycana gətiriləcək.

 

Əslən Qubadlı rayonundan olan Rövşən Zeynalov Türkiyədə iş adamı olub və ayaqqabı biznesi ilə məşğul olub.

 

Digər ən önəmli məlumata görə, meyiti tapılan azərbaycanlı iş adamı Rövşən Zeynalov "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın keçmiş həyat yoldaşı olub. Onların bu evlilikdən Mətin adlı övladları var.

 

Qeyd edək ki, "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilova hazırda həbsdədir.

 

Məhkəmə ona 10 il 3 ay həbs cəzası verib.

Tarix: 12 Avqust 2026, 00:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin