BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakının bu rayonlarında qaz olmayacaq

Təmir işləri ilə əlaqədar avqustun 12-də Səbail və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” məlumat yayıb.


Bildirilib ki, saat 09:00-dan etibarən Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrində qazın verilişi işlər başa çatanadək dayandırılacaq.

Qeyd olunub ki, fasilə Səbail rayonunda aparılacaq təmir işləri, Xəzər rayonunda isə “Qaz İxrac” İdarəsi tərəfindən həyata keçiriləcək təmir işləri ilə əlaqədardır.

Tarix: 12 Avqust 2026, 07:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin