BURADA REKLAMINIZ OLA
BİLƏR

Elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 12-də ölkənin bir sıra rayonlarında 10 kV-luq hava elektrik verilişi xətlərində təmir işləri aparılacaq.

 

Bu barədə “Azərişıq” məlumat yayıb.

 

Məlumata görə, Ağdaş Elektrik Şəbəkəsi ərazisində saat 10:00-dan 13:00-dək şəhərin Cəfər Cabbarlı, Molla Pənah Vaqif, Su-18, Muxtar Əfəndizadə və İmadəddin Nəsimi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

 

Göyçay Elektrik Şəbəkəsinə daxil olan şəhər ərazisində isə saat 10:00-dan 15:00-dək Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Tərtərin Sarıcalı və Gülabadlı kəndlərində də saat 10:00-dan 14:00-dək planlı fasilə tətbiq olunacaq.

Tarix: 12 Avqust 2026, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin