BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfər ayı sabah bitir - Avqustun 14-dən toy etmək olar...

İyulun 15-də başlayan səfər ayı sabah-avqustun 13-də başa çatır.

 

Bu barədə Pravda.az-a ilahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev bildirib.

 

Bununla da İslam aləmində iki aylıq yas müddəti bitir.

 

Xatırladaq ki, bu il məhərrəm ayı miladi təqvimlə iyunun 16-da başladı. İyunun 25-də Aşura qeyd olundu.

 

Məhərrəm ayı iyulun 14-də başa çatdı.

 

İmamın 40 mərasimi (Ərbəin - Həzrət İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətindən keçən 40 gün nəzərdə tutulur) avqustun 3-nə təsadüf etdi.

 

Qeyd edək ki, iki ay müddətində toy və digər şadlıq məclisləri təşkil etməyənlər avqustun 14-dən toy edə biləcəklər.

 

Məhərrəm ayının bitməsinə 10 gün qalır.

 

İlahiyyatçı alim, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul əməkdaşı Samid Quliyev Pravda.az-a açıqlamasında bildirib ki, məhərrəm ayı iyulun 14-də bitəcək.

 

O bildirib ki, səfər ayı iyulun 15-də başlayacaq, avqustun 13-də isə başa çatacaq.

 

Qeyd edək ki, məhərrəm və səfər aylarında toy və digər əyləncə məclisləri təşkil etməyən insanlar avqustun 14-dən toy edə biləcəklər.

Tarix: 12 Avqust 2026, 12:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin