Muxtar respublikanın inkişafına yönəlmiş uğurlu dövlət siyasəti Naxçıvanda yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin regiona son səfəri bir daha təsdiqlədi ki, ölkəmizin geosiyasi baxımdan strateji ərazisi olan Naxçıvanın tərəqqisi daim dövlətimizin başçısının xüsusi diqqətindədir.
Pravda.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, Naxçıvan nəqliyyat-kommunikasiya xətlərinin inkişafı baxımından olduqca mühüm coğrafi mövqeyə malikdir. Beynəlxalq layihələr kontekstində yanaşdıqda, Orta Dəhliz marşrutunun Naxçıvan ərazisindən keçməklə Zəngəzur dəhlizinə çıxması, Şərqdən Qərbə qədər uzanması Naxçıvanın geosiyasi və geoiqtisadi əhəmiyyətini daha da artırır. “Naxçıvan coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı olsa da, hazırda onun iqtisadi və strateji potensialının reallaşdırılması üçün yeni imkanlar formalaşıb. Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar Naxçıvanın uzunmüddətli izolyasiyasının aradan qaldırılması və onun güclü iqtisadi məkan kimi inkişaf etdirilməsi üçün geniş perspektivlər açıb. Naxçıvanın Türkiyə və İranla sərhəddə yerləşməsi onun geoiqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır. Muxtar respublika Azərbaycanın Qərbə açılan mühüm qapısı olmaqla, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı baxımından açar həlqələrdən biridir. Naxçıvanın regional və beynəlxalq nəqliyyat layihələrinə inteqrasiyası Azərbaycanın ümumi iqtisadi və geosiyasi imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Naxçıvana səfəri həm də bu bölgədə qlobal layihələrdən tutmuş dayanıqlı inkişafa qədər bütün proqramların daha da intensivləşəcəyi, yeni inkişaf modellərinin və islahat elementlərinin tətbiqi istiqamətində işlərin davam edəcəyi barədə mühüm mesajdır”, – deyə T.Gəncəliyev vurğulayıb.
O qeyd edib ki, Naxçıvanın güclü iqtisadi və turizm potensialı muxtar respublikanın inkişafında mühüm rol oynayacaq.
Həyata keçirilən dövlət siyasəti bölgənin Azərbaycanın mədəni və tarixi incisi kimi dünyaya daha geniş şəkildə tanıdılması baxımından da xüsusi əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin Naxçıvana səfərləri zamanı tarixi-mədəni abidələri ziyarət etməsi, burada aparılan bərpa və quruculuq işləri ilə tanış olması muxtar respublikanın qədim sivilizasiya mərkəzi və zəngin irsə malik məkan kimi dəyərini bir daha nümayiş etdirir. Məlumdur ki, Naxçıvan qədim insan məskənlərinə və zəngin tarixi irsə malikdir. Bu irsin qorunması, dünyaya tanıdılması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Bütün bu məsələlərə kompleks yanaşdıqda Naxçıvanın strateji əhəmiyyətini bir neçə ana istiqamət üzrə qiymətləndirmək mümkündür. İlk növbədə, siyasi və geosiyasi baxımdan Naxçıvan Azərbaycanın mühüm coğrafiyada yerləşən strateji ərazisidir. Onun Türkiyə və İranla sərhəddə yerləşməsi muxtar respublikaya ölkəmizin regional siyasətində xüsusi çəki qazandırır. İkinci mühüm istiqamət geoiqtisadi və nəqliyyat-kommunikasiya layihələridir. Şərqdən Qərbə uzanan Orta Dəhlizin imkanlarının genişləndirilməsi və fəaliyyətə başlayacaq Zəngəzur dəhlizi Naxçıvanın strateji dəyərini daha da artıracaq”.
Deputatın sözlərinə görə, Naxçıvan qədim sivilizasiyaların qovuşduğu, Azərbaycanın zəngin tarixi və mədəni irsinin mühüm hissəsini özündə yaşadan bir məkandır. Bütün bu aspektlər Naxçıvanı Azərbaycanın ən güclü, ən önəmli və xüsusi çəkisi olan bölgələrindən birinə çevirir.
O qeyd edib ki, Naxçıvan tarix boyu Azərbaycanın inkişafına və gücünə mühüm töhfələr verib, ölkənin siyasi, iqtisadi və mədəni həyatında özünəməxsus rol oynayıb. Bu baxımdan muxtar respublikanın inkişafı yalnız Naxçıvanın özünün deyil, bütövlükdə Azərbaycanın strateji imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
Ən son xəbərləri səhifəmizdən də izləyin