“Prezident İlham Əliyevin Naxçıvana səfəri yalnız muxtar respublikanın sosial-iqtisadi inkişafı baxımından deyil, bütövlükdə Azərbaycanın regional mövqeyinin gücləndirilməsi və Cənubi Qafqazda yeni nəqliyyat-kommunikasiya xəritəsinin formalaşması baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvanın uzun illər blokada şəraitində qalmasına baxmayaraq, dövlət başçısının daim diqqət və qayğısı nəticəsində burada genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib, sosial-iqtisadi inkişaf üçün mühüm baza yaradılıb. Bu gün isə regionda yaranan yeni geosiyasi reallıqlar Naxçıvanın əhəmiyyətini daha da artırır. Azərbaycanın nəqliyyat imkanlarının genişlənməsi, kommunikasiyaların bərpası, Türkiyə və İranla nəqliyyat əlaqələrinin inkişafı, eləcə də Ermənistanla sülh gündəliyinin irəliləməsi Naxçıvanın regional bağlantıların mühüm həlqəsinə çevrilməsi üçün yeni imkanlar yaradır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.

A.Əlizadə vurğulayıb ki, xüsusilə Zəngəzur istiqamətində kommunikasiyaların açılması Naxçıvanın Azərbaycanla birbaşa nəqliyyat əlaqələrinin güclənməsinə, Türkiyəyə çıxışın genişlənməsinə və Şərqlə Qərb arasında yük və logistika marşrutlarının şaxələndirilməsinə ciddi töhfə verə bilər: “Bu proses Azərbaycanın tranzit potensialını artırmaqla yanaşı, ölkəmizin Cənubi Qafqazda və daha geniş coğrafiyada nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirəcək. Naxçıvanın həm Türkiyə, həm İran, həm də gələcəkdə Ermənistan üzərindən regional kommunikasiyalara inteqrasiyası onun iqtisadi və geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artıracaq. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas nəticələrindən biri də Azərbaycanın uzun illər mövcud olmuş kommunikasiya məhdudiyyətlərini aradan qaldıraraq yeni bağlantılar yaratmasıdır. Bu baxımdan Naxçıvanın blokadadan çıxması sadəcə nəqliyyat məsələsi deyil, həm də regionda sülhün, əməkdaşlığın və iqtisadi inteqrasiyanın möhkəmlənməsi deməkdir. Əminəm ki, qarşıdakı dövrdə Naxçıvan Cənubi Qafqazın ən mühüm geosiyasi məkanlarından birinə, Şərqlə Qərbi birləşdirən yeni nəqliyyat və iqtisadi qovşaqlardan birinə çevriləcək. Azərbaycanın regional siyasəti və həyata keçirilən infrastruktur layihələri bu proses üçün bütün əsasları formalaşdırır”.
Şəhanə Qədirli
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin