BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kürü Keçək” tədbirinin təşkilinə 110 min xərclənib

“Kürü Keçək” açıq suda üzgüçülük tədbirinin təşkili xidmətinə 109 765 AZN sərf olunub.

 

Pravda.az-ın xəbərinə görə, icraçı “Vata” MMC, sifarişçi isə Gənclər və İdman Nazirliyi olub.

 

Qeyd: Tədbir avqustun 8-də keçirilib. yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçirilib:

 

12-17 yaş, 18-23 yaş, 24-35 yaş, 36-55 yaş, 56-70 yaş və 71 yaşdan yuxarı. Bu il ilk dəfə olaraq yarış 2 məsafə üzrə — 350 metr və 1000 metr məsafələrdə təşkil olunub. 350 metr məsafədə 313 nəfər (242 kişi, 71 qadın) üzüb, 304 nəfər (236 kişi, 68 qadın) finişə çatıb; 1000 metr məsafədə isə 88 nəfər (69 kişi, 19 qadın) üzüb, 86 nəfər (68 kişi, 18 qadın) finişə çatıb. Qaliblərə mükafatları Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezident Jalə Əhmədova, baş katib Oqtay Atayev və başqaları təqdim ediblər. Zaur Əliyev, Xaliq İldırımzadə və ASF-nin vitse-prezidenti Dəyanət Sədullayev özləri də üzgüçülük yarışında iştirak ediblər.

Tarix: 12 Avqust 2026, 18:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin