BURADA REKLAMINIZ OLA
BİLƏR

Mehdi İbrahimov azadlıqda

Bakıda iyulun 14-də orduya dəstək yürüşü ilə bağlı saxlanılan Mehdi İbrahimov azadlığa çıxıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə onun vəkili Aqil Layıcov məlumat verib.

 

M.İbrahimov karantin qaydalarını pozaraq COVİD-19 infeksiyasını yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Bu qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və M.İbrahimovun azadlığa buraxılmasına qərar verilib.

 

Qeyd edək ki, Mehdi İbrahimovun atası, AXCP sədrinin müşaviri Məmməd İbrahim də sözügedən hadisələrə görə bir neçə maddə ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Tarix: 19 Avqust 2020, 16:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin