BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda kollektorun üzərində yerləşən evlərə təhlükə yaranıb - VİDEO

Bakının Xətai rayonu, Köhnə Günəşli qəsəbəsi, Zeytun küçəsində kollektorun üzərində yerləşən evlər üçün təhlükə yaranıb. Hətta onlardan həm uçan, həm də zədəli olanları var.

 

Həmin ünvanda yaşayan bir qrup sakin deyir ki, bu ilin mart ayından bəri onlar üçün qeyri-müəyyən vəziyyət yaranıb.

 

Evlərini tərk edən sakinlər isə deyirlər ki, kirayə haqlarını öz vəsaitləri hesablarına ödəyirlər.

 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, həmin ərazidə bu quruma aid iş kollektorun təmiri, yaxud yenidən qurulmasıdır. Sakinlərin köçürülməsi, kirayə haqları Xidmətin öhdəliyinə aid deyil. Müvafiq qurumlara müraciət olunub ki, kollektorun üzəri qeyri-qanuni tikililərdən boşaldılsın və Xidmət öz işini davam etdirsin.

 

Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Bununla əlaqədar müvafiq qərarın qəbul olunacağı gözlənilir. Qəbul ediləcək qərardan asılı olaraq addımlar atılacaq.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Tarix: 12 Avqust 2026, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin