BURADA REKLAMINIZ OLA
BİLƏR

​Samuxda beş nəfər xəstəxanaya yerləşdirilib, qarayara ehtimalı var - YENİLƏNİB

Avqusrun 12-də saat 19:00-dan başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə müraciətlər daxil olub.

 

Bu barədə TƏBİB-dən bildirilib.

 

"Pasiyentlərə ilkin tibbi qiymətləndirmə aparılıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentlərin vəziyyəti stabildir.

 

Müvafiq instrumental müayinələr və araşdırmalar tamamlandıqda ictimaiyyətə əlavə məlumat veriləcək", məlumatda deyilir.

 

***

10:51

 

Samuxda 5 nəfər xəstəxanaya yerləşdirilib.

 

Məlumata görə, rayonun Alıuşağı kəndinin sakinləri olan 5 nəfər - 1976-cı il təvəllüdlü M. Allahverdiyeva, 1980-ci il təvəllüdlü A. Allahverdiyev, 1984-cü il təvəllüdlü S. Əliyev, 1986-cı il E. Cabbarov və 1975-ci il təvəllüdü M. Orucova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan yoluxucu xəstəliklər şöbəsində müalicəyə cəlb olunublar.

 

Əvvəlcə onların qidadan zəhərləndiyi ehtimal olunub.

 

Aparılan ilkin müayinələr nəticəsində onlarda qarayara xəstəliyinin əlamətlərinin olduğu müəyyən edilib.

 

Hazırda araşdırma aparılır.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Samuxda baş verən hadisə nəzarətdədir.

 

“Hadisənin səbəblərinin, həmçinin, qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırma aparır.

 

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”, - deyə AQTA-da qeyd ediblər.

Tarix: 13 Avqust 2026, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin