BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəramətdən xəbər var

"Kəramətin vəziyyəti yaxşıdır”.

 

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış yazar Kəramət Böyükçöllə onun kirayədə yaşadığı mənzildə saxlanılan Ramil Zeynalov deyib. O bildirib ki, Murad Köhnəqala da daxil olmaqla gecəni üçü bir yerdə - 28-ci polis bölməsində qalıblar:

 

"Gecəni şöbədə qaldıq, indi buraxdılar. Murad yanımdadır, evə gedirik. Kəramət yaxşıdır. Atası yanında idi, görüş vermişdilər”.

 

"Sizcə, Kəraməti buraxacaqlar” sualına Ramil Zeynalovun cavabı belə oldu:

 

"Bu gün yox...”

 

Qeyd edək ki, avqustun 18-də gənc yazar Kəramət Böyükçöl hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Daxili İşlər Nazirliyiin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov mətbuata açıqlamasında Kəramət Böyükçöünl qonşularının və kirayədə qaldığı evin sahibinin şikayətləri əsasında saxlanıldığını deyib.Qaynarinfo

Tarix: 19 Avqust 2020, 16:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin