BURADA REKLAMINIZ OLA
BİLƏR

İlan sancmasına görə xəstəxanalarda zərdab tapılmır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanın bir çox bölgələrində, eləcə də Bakı şəhərinin bir sıra ərazilərində ilanların görünməsi halları artıb. Sosial şəbəkələrdə isə hər poliklinikada ilan zəhəri əleyhinə zərdabın tapımadığı barədə iddialar səsləndirilir.

 

Mövzu ilə bağlı Pravda.az TƏBİB-ə sorğu ünvanlayıb.

 

TƏBİB-dən bildirilib ki, TƏBİB tabeli tibb müəssisələrinin zəruri dərman vasitələri, eləcə də müxtəlif heyvan və həşərat sancmalarına qarşı zərdablarla təmin olunması istiqamətində zəruri addımlar atılır.

 

“Hazırda Bakı şəhəri və regionlarda fəaliyyət göstərən bütün tibb müəssisələri ilan və digər həşərat sancmalarına qarşı zərdablarla tam təmin olunub. Qeyd edək ki, tibb müəssisələrinin zərdablarla təminatı tələbnamə əsasında həyata keçirilir”, məlumatda qeyd edilib.

 

Şəhanə Qədirli

Tarix: 14 Avqust 2026, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin