Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Tahirə Səlimovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv olunub. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilərək ona bəraət verilib. Tahirə Səlimovanın barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilib.
İttihama görə, hadisə 2024-cü ilin dekabr ayının sonlarında paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Tahirə Səlimova özgənin əmlakını ələ keçirmək məqsədilə qonşusu T.İsmayılova ilə daha əvvəl baş vermiş münaqişədən istifadə edib.
İstintaqın məlumatına görə, o, heç bir əsaslı səbəb olmadan T.İsmayılovadan 7 000 manat pul tələb edib.
Təqsirləndirilən şəxsin qadına bildirdiyi hədəyə görə, tələb etdiyi pul verilmədiyi təqdirdə onun barəsində sosial şəbəkələrdə və qonşular arasında rüsvayedici, şər-böhtan xarakterli məlumatlar yayılacağı bildirilib.
İttihama əsasən, Tahirə Səlimova T.İsmayılovanın “əxlaqsız qadın” kimi təqdim edən paylaşımlar edəcəyi ilə hədələyib.
Bununla kifayətlənməyən təqsirləndirilən şəxsin qonşusunun övladlarının da adını məsələyə cəlb etdiyi bildirilir.
Tahirə Səlimova onun övladlarının saxta sənəd düzəltmək yolu ilə hərbi xidmət keçməkdən yayındırıldığını qeyd edib. O, bununla bağlı müvafiq dövlət qurumlarına müraciət edəcəyini və övladları barədə rüsvayedici məlumatlar yayacağını söyləyib.
İttihama görə, bütün bu hədələr T.İsmayılovadan pul vəsaitinin tələb edilməsi məqsədilə irəli sürülüb.
İş üzrə məhkəmə hökmündə isə təqsirləndirilən şəxsin T.İsmayılovadan 3 500 manat tələb etdiyi göstərilib.
Belə ki, hökmə əsasən, Tahirı əvvəlki münaqişəni bəhanə edərək T.İsmayılovadan 3 500 manat pul istəyib. Pulun verilməyəcəyi təqdirdə onun haqqında sosial şəbəkələrdə və qonşular arasında şər-böhtan xarakterli məlumatlar yayacağını bildirib.
Həmçinin T.İsmayılovanın övladlarının hərbi xidmətdən yayınması ilə bağlı müvafiq instansiyalara müraciət edəcəyi və onlar barədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.
Məhkəmə bu əməlləri hədə-qorxu ilə özgənin əmlakını tələb etmə, yəni hədə-qorxu ilə tələb etmə cinayəti kimi qiymətləndirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahirə Səlimova törətdiyi cinayət əməlində təqsirli bilinib. Məhkəmə onun barəsində 2 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdi.
Kamal Məmmədov
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
Ən son xəbərləri səhifəmizdən də izləyin