BURADA REKLAMINIZ OLA
BİLƏR

69 yaşlı Alim Qasımov: "Yaşlandıqca can sağlığı daha çox lazım olur"

Xalq artisti, məşhur xanəndə Alim Qasımovun doğum günüdür.

 

69 yaşını qeyd edən sənətçi Qaynarinfo-ya açıqlamasında şad günündə özünə Allahdan can sağlığı arzuladığını deyib:

 

"Dünyamız əmin-amanlıq içində olsun, vətənimiz, insanlarımız xoşbəxt olsun. Hamıya can sağlığı arzu edirəm. Can sağlığı çox önəmlidir. Yaşlaşdıqca insana sağlamlıq daha çox lazım olur. Bədəndə ağrılar, nasazlıq olanda insanın gözündə həyat heç nəyə çevrilir".

 

Alim Qasımov 69 yaşını Güzdəkdəki bağ evində ailəsi ilə birlikdə qeyd edəcək:

 

"Ailəmlə bir tikə Allahın verdiyindən yeyib-içib qeyd edəcəyik".

Tarix: 14 Avqust 2026, 12:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin