BURADA REKLAMINIZ OLA
BİLƏR

Sadır Japarov Qırğızıstan prezidentliyinə yenidən namizəd olacaq

Qırğızıstanın dövlət başçısı Sadır Japarov ölkənin 2027-ci il prezident seçkilərində yenidən namizədliyini irəli sürəcəyini rəsmi olaraq açıqlayıb.

 

Sadır Japarov jurnalistlərə müsahibəsində deyib: “Mən daha bir müddətə namizədliyimi irəli sürəcəyəm”. O, digər namizədlərə heç bir məhdudiyyət qoyulmayacağını vurğulayıb, həmçinin dövlət qurumlarının və təşkilatlarının işçilərinə inzibati təzyiq göstərilmədən ədalətli seçki prosesini təmin edəcəyinə söz verib.

 

“Seçkilərdə səs vermək istəyənlər xoş qarşılanır. Heç kim məhdudiyyətlərlə üzləşməyəcək. Seçkilər şəffaf və qanuna tam uyğun şəkildə keçiriləcək”, - deyə o bildirib.

 

Daha əvvəl Qırğızıstanda növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci il tarixinə təyin olunduğu bildirilirdi. 2026-cı ilin iyun ayında Joqorku Keneş deputatları seçkilərlə bağlı Qırğızıstan Konstitusiya Qanununa dəyişikliklər edilməsi haqqında qanun layihəsini qəbul ediblər. Sənədə əsasən, seçkilərin tarixi dəyişdirilib. Spiker Marlen Mamataliyevin sözlərinə görə, bu qərar seçici fəallığını artırmaq məqsədi daşıyır.Azərtac

Tarix: 14 Avqust 2026, 12:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin