BURADA REKLAMINIZ OLA
BİLƏR

Babək Hüseynov SOCAR-ın vitse-prezidenti vəzifəsindən azad olunub? - FOTO

SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun vəzifədən azad olunması barədə məlumat yayılıb.

 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşım edib.

 

Mia.az-ın məlumatına görə, xəbər təsdiqlənib. Bildirilib ki, o öz ərizəsi ilə vəzifədən ayrılıb.

 

Xatırladaq ki, Babək Hüseynov 2023-cü ilin iyul ayında Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin olunmuşdu.

Fotoları təqdim edirik
Tarix: 14 Avqust 2026, 17:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin