BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda DOST Mərkəzi üçün avadanlıq və materialların alınmasına yarım milyon xərclənməsi nəzərdə tutulub

Naxçıvan Muxtar Respublikasında DOST Mərkəzinin vətəndaş qəbulu məntəqələrinin inzibati binaları üçün avadanlıq və materialların alınmasına 543 050 AZN xərclənməsi nəzərdə tutulub.

 

Pravda.az-ın xəbərinə görə, vəsaiti Naxçıvanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayırıb.

 

Nazirlik satışı həyata keçirəcək şirkətin müəyyənləşdirilməsi istiqamətində müəyyən prosedur həyata keçirir.

 

Cabir

Tarix: 14 Avqust 2026, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin