Sabiq deputat İqbal Ağazadə çıxışlarının birində cəmiyyətin gələcəyi baxımından həssas məqamlara toxunub və bir sıra mühüm mesajlar verib.
O, ictimai yerlərdə, xüsusilə restoran, kafe və pablar kimi məkanlarda qəlyan çəkilməsi, eləcə də uşaqların belə mühitlərdə olması ilə bağlı narahatlığını ifadə edib:
“Ana oturub uşağının yanında qəlyan çəkir. Bu uşaqın aqibəti necə olacaq? Bu uşaq hansı nümunəni götürəcək? Bundan danışmaq lazımdır. Mənəviyyatımız məhv olur. Nədən restoranlarda, kafelərdə, pabda bir dənə nəzarət yoxdur? Qadınlar saat 00:00-da körpə uşaqlarla pabda oturub qəlyan çəkir. Hətta qızlar üçün qəlyan pulsuzdur. Nəyi təbliğ edirik? Niyə orada qəlyan çəkilməlidir? Beş manat artıq pul qazanmaqdan ötrü milli-mənəvi dəyərlərin hamısını korlamalıyıq? Niyə bu qanunda tənzimlənmir?”.
Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə sabiq deputatın toxunduğu məsələlərin davamlı olaraq müzakirə edildiyini və bununla bağlı təkliflərin təqdim olunduğunu bildirib.
O, məsələyə yalnız qadınlar kontekstindən yanaşılmasının düzgün olmadığını vurğulayıb:
“Amma bir məqam var- qəlyan çəkən qadınların yanında kişilər olmur? Onları buna təşviq edən kimlərdir? Kişilərdir... Kişilər sevirlər ki, onların yanında oturan qadın qəlyan çəksin”.
Kəmalə Ağazadə İqbal Ağazadənin diqqətinə çatdırıb ki, qadınların zərərli vərdişlərə alışmasında kişilərin də rolu var:
“İqbal bəy, bundan da danışmaq lazımdır. Əgər bu gün mənəviyyatımızın məhv olmasından danışırıqsa, bu gün mənəviyyat təkcə qadınların üzərində olan məsələ deyil. Bu gün ideologiyanın formalaşmasında kişilərin də böyük rolu olmalıdır. Qadını əzərək, tapdalayıb keçərək, onu yeri gələndə zərərli vərdişlərə aludə edən, biganəliyi formalaşdıran, aqressiyanı ona deyil, canına səpən təkcə qadının şüuru deyil. Qadının şüurunu formalaşdıran bir kişi var. Kişi obrazı var, hardadır o? Nə yaxşı çıxıb hamı qadın-qadın deyir, niyə kişi-kişi deyən yoxdur? Hardadır ananı bioloji dünyaya gətirdiyi uşaqla baş-başa qoyan, atalığını belə ona qıymayan atalar? Qəlyanı da verən onlardır. Onun zərərli vərdişini təşviq edən də elə o kişilərdir. Həmin o uşağı da gələcəyə mənəviyyatsız sürükləyən təkcə qadın deyil, həm də kişidir”.
Kəmalə Ağazadənin sözlərinə görə, təbil yalnız bir cins üçün çalınmamalıdır:
“Bütün cinslərə qarşı çalmalıyıq. Qadın yalnız uşağı ilə restoranda oturmur. Onun yanında kişilər də olur. Buna kompleks halda yanaşmaq lazımdır. İqbal Ağazadə bir kişi prizmasından yanaşırsa, mən də qadın prizmasından yanaşaraq deyirəm ki, bunu kompleks həll etmək lazımdır. Qadını ortada cinayətkar, əxlaqsız, şüursuz, ədəbsiz, biganə, mədəniyyətsiz formalaşdırmaq cəmiyyət üçün heç də yaxşı mesaj deyil”. “Qaynarinfo”
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
Ən son xəbərləri səhifəmizdən də izləyin