BURADA REKLAMINIZ OLA
BİLƏR

Nişana gedən mikroavtobus aşdı, 7 nəfər öldü - Türkiyədə

Türkiyənin Diyarbəkir vilayətində nişan mərasiminə gedən sərnişinləri daşıyan mikroavtobusun aşması nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

Bu barədə "Haber Global" məlumat yayıb.

 

Məlumata görə, mikroavtobus idarəetmədən çıxaraq aşıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə və jandarm əməkdaşları cəlb olunub.

 

Yaralananlara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıb, onlardan birinin vəziyyətinin ağır olduğu bildirirlir. Qəza ilə bağlı araşdırma aparılır.Report

Tarix: 15 Avqust 2026, 18:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin