BURADA REKLAMINIZ OLA
BİLƏR

Aslan İsmayılov: “Seçkilərə bədbin münasibət sərgiləmək xalqı ruh düşkünlüyünə, fəlakətə aparır"

“Bir daha əmin oldum ki, Azərbaycan xalqı AXC şinelindən çıxmış heç kimi dinləməməlidir, çünki bunların hamısın beyninin bir hissəsində bolşevik yarımkürəsi var və heç cür o düşüncədən xilas ola bilmirlər”.

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

 

Onun sözlərinə görə, AXC-dən (Azərbaycan Xalq Cəbhəsi - red) çıxanların heç birində özlərinə inam olmadığından istənilən dəyişikliyi ancaq inqilabda, ya da xarici qüvvələrin dəstəyində görürlər. Ona görə də yeni nəsil siyasi, ictimai şəxslərin fikirlərinə önəm verilməlidir:

 

"Bir daha təkrar edirəm ki, seçkilərin nəticələri insanların seçkilərdə kütləvi iştirakından, özlərinə inamından və bunun nəticəsi olaraq səslərini qorumaqlarından asılıdır. Seçkilərə bədbin münasibət sərgiləmək, onu boykot etmək dövlətə və xalqa çox ziyanlıdır və Azərbaycan xalqını ruh düşkünlüyünə, fəlakətə aparır".

 

Qeyd edək ki, gələn il fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Özünü demokratik qüvvələrin "Milli Şura"sı adlandıran kiçik bir müxalif kəsim isə seçkilərdə iştirak etməməklə bağlı "boykot" çağırışı edir.

 

 

 

 

Tarix: 17 Dekabr 2019, 12:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin