BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bakı Metropoliteni” əlilliyi olan şəxsin vəzifədən azad edilməsinə aydınlıq gətirdi: Ştat ixtisar edilib

Xəbər verdiyimiz kimi, I Qarabağ müharibəsi veteranı Elşad Sadıqov III qrup əlilliyi olan oğlu Böyükağa Elşad oğlu Sadıqovun işlədiyi “Bakı Metropoliteni” QSC-də əsas gətirilmədən işindən azad edildiyini bildirmişdi.

 

Məsələ ilə bağlı Pravda.az “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlayıb.

 

“Bakı Metropoliteni” QSC-dən sorğuya cavab olaraq bildirilib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının 06.04.2026-cı il tarixli 13 saylı protokolu ilə təsdiq edilmiş “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yeni strukturu və ştatına əsasən “Mühafizə departamenti, Müşahidə bölməsində müşahidə operatoru” ştatının qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisar edilməsi zərurəti yaranıb. Məlumatda qeyd olunub ki, ştatın ixtisarı ilə bağlı  Metropoliten İşçilərinin Həmkarlar İttifaqı Birliyinin qabaqcadan razılığı alınmaqla, işçiyə Metropolitendəki stajından asılı olaraq 9 təqvim həftəlik rəsmi xəbərdarlığı edilib: “İxtisara dair bildirişdə xəbardarlıq müddəti bitdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə (ştatın ixtisarı) əsasən xitam veriləcəyi və ona orta aylıq əməkhaqqının azı 2 misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəyi bildirilib. Eyni zamanda bildirişdə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən onun razılığı ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının iki misli ödənilməklə müvafiq əsasla əmək müqaviləsinə xəbərdarlıq müddəti gözlənilmədən xitam verilə biləcəyi də diqqətinə çatdırılıb. Sadıqov Böyükağa Elşad oğlu yazılı formada müraciət edərək xəbərdarlıq müddətini gözləmədən 30.07.2026-cı il tarixindən müqaviləsinə xitam verilməsini tələb edib”.

 

Şəhanə Qədirli

Tarix: 17 Avqust 2026, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin