Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən qida məsələləri üzrə mütəxəssis İlkin Şirinov bildirib ki, ümumiyyətlə vizual olaraq hansısa bir kəsilmiş heyvanın ətinin xarici görünüşünə baxmaqla onun qarayara və ya hansısa xəstəliyə yoluxmasını təxmin etmək mümkün deyil.
Onun sözlərinə görə, nə qədər təcrübəli, mütəmadi heyvan kəsimi, kənd təsərrüfatı ilə məşğul olan insanlar olsa da, bunu vizual olaraq təyin etmək mümkün deyil: “Məsuliyyəti öz üzərinə götürən varsa, bu yanaşma düzgün deyil və tamamilə absurd fikirdir. Biz dəfələrlə deyirik ki, baytarlıq nəzarətindən keçməyən ətlərin alınması, dövriyyəsi, istehlakı yolverilməzdir və insanları hər zaman maarifləndirməyə çalışırıq ki, baytarlıq nəzarətindən keçmiş, gigiyenik sanitar normalara uyğun satış yerlərindən ət alın. Satışında problem ola biləcək, şübhələndiyiniz, qəfil ölən heyvana toxunmaq, onun ətindən istifadə etmək, baytarın iştirakı olmadan o ətdən ev şəraitində istifadə etmək və ya kiməsə satmaq qətiyyən yolverilməzdir. Bəzən insanlarda müəyyən fikirlər olur ki, öz təsərrüfatının heyvanıdır, özü baxıb, bunda hər hansısa xəstəlik ola bilməz. Bu fikirlər tamamilə yanlışdır”.
Mütəxəssis vurğulayıb ki, Samuxda baş vermiş hadisə, 10-a yaxın insanın qarayara xəstəliyinə yoluxma məsələsi gündəmdədir və bu kimi məsələlər insanların özləri üçün yaratdığı təhlükədən başqa bir şey deyil: “Çünki hər zaman deyirik ki, təsərrüfat sahibləri mütəmadi baytarlarla əlaqə saxlamalıdır, mütəmadi olaraq heyvanların baytar nəzarətində olması məsələsi var, həmçinin həmin təsərrüfatlara baytar dəvət olunmalıdır, onlar öz məsləhətlərini verməli, şübhələndikləri vəziyyətlə bağlı analizlər götürməlidirlər. Həmin analizlərin laborator cavabları olmalıdır ki, bu gün təsərrüfat sahibləri tam arxayın vəziyyətdə öz heyvanlarının kəsim məntəqələrində kəsimini həyata keçirə bilsinlər. Bununla da yanaşı kəsim məntəqələrində həyata keçirilən kəsimlər mütləq baytarlıq nəzarətindən keçdikdən sonra satışa gəlir. Bəzən müəyyən insanların düzgün yanaşmama məsələsi var ki, yəqin baytarların burdan nəisə umacağı var və ya baytarların nədənsə problem yaratmaq kimi niyyətləri var. Qətiyyən bu belə deyil. Mən tam səmimiyyətimlə deyirəm ki, baytarların hər hansısa bir təsərrüfat sahiblərindən umacağı kimi bir söhbət yoxdur. Hər bir dərman preparatı açıq baytarlıq apteklərində var, baytarların məsləhəti ilə həmin dərmanları baytarların iştirakı ilə alıb təsərrüfatlarında istifadə etməyiniz daha məqsədəuyğun olar. Amma bəzən insanlar gizli formada satışdan, qanundankənar kəsim yerlərində gecə saatlarında məsuliyyətdən yayınmaq üçün heyvanları kəsirlər. Bu kimi məsələlər də haqlı olaraq insanlarda narazılıq yaradır. Həmçinin insanlar burada sağlamlıqlarının qeydinə özləri qalmalıdırlar. Yəni heç kimin sağlamlığı digəri üçün o qədər də önəm daşımır. İşbazlar insan sağlamlıqları üzərindən də işlər qururlar, pul qazanırlar. Təbii ki, burada ən azından Qida Təhlükəsizliyi Agentliyinin o obyekti tapması məsələsinə qədər ictimai qınaq məsələsi olmalıdır. İnsanlar tələb etməlidirlər ki, buradan ət alırıqsa, baytarlıq sənədi, şəhadətnaməsi, AQTA-nın sənədləri və s. olmalıdır. Bunlar olduqdan sonra təbii ki, insanlar sağlam formada kəsilmiş heyvanların ətindən istifadə edə bilərlər”.
Şəhanə Qədirli
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
Ən son xəbərləri səhifəmizdən də izləyin