BURADA REKLAMINIZ OLA
BİLƏR

Bazar günləri sürücülərdən parklanmaya görə ödəniş alınması qanunidir? - AÇIQLAMA

Bazar günləri avtomobili park etmək ödənişsiz olsa da, müəyyən ərazilər üzrə bəzi şəxslər maşına nəzarət etdiyini bildirərək ödəniş tələb edirlər. Bu isə sürücülərin narazılığına səbəb olub.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Razil Nağıyevin sözlərinə görə, bazar günləri sürücülərdən “parkovşik” adı altında fəaliyyət göstərən şəxslər tərəfindən avtomobilin park edilməsi üçün pul tələb olunması qanunsuzdur.

O qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarına əsasən, sürücülər üçün bazar günləri parklanma tamamilə ödənişsizdir: “Bu halda sürücüdən pul tələb edilməsi sadəcə vətəndaşdan əsassız şəkildə ödəniş alınması deməkdir. Qanunvericilikdə bu cür hallarla bağlı kifayət qədər ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub. Belə hallara görə yüksək məbləğdə cərimələr, hətta bəzi hallarda inzibati həbs tədbirləri də tətbiq oluna bilər. Əslində, məsələyə “yolda vətəndaşdan qanunsuz şəkildə pul tələb edilməsi” kimi yanaşmaq lazımdır. Necə ki, hər hansı şəxs parkın girişində dayanaraq sürücüdən əsassız ödəniş tələb etsə, bu, qəbuledilməz və qanunsuz hesab olunur, eyni yanaşma burada da tətbiq edilməlidir. Bakıda parklanma sistemi artıq dəyişib. Elektron sistem tətbiq olunub və parklanmanın idarə edilməsi tamamilə yeni model əsasında təşkil edilib”.

 

Şəhanə Qədirli

Tarix: 17 Avqust 2026, 11:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin