BURADA REKLAMINIZ OLA
BİLƏR

General-leytenant rütbəsi alan sərhədçilər kimlərdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

 

Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin 3 hərbi qulluqçusuna “general-leytenant” ali hərbi rütbəsi verilib.

 

Bunlar general-mayor Babək Mürsəl oğlu Ələkbərov, general-mayor Aqşin Ramiz oğlu Məhərrəmov və general-mayor Faiq Həmzəağa oğlu Məmmədovdur.

 

General-leytenant ali hərbi rütbəsi verilən Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. O, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.

General-leytenant Aqşin Məhərrəmov Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Hava Əməliyyatları Qüvvələrinin komandanıdır. A.Məhərrəmov Vətən müharibəsində iştirak edib və bir neçə medalla təltif olunub.

General-leytenant Faiq Məmmədov hazırda DSX-nin Mərkəzi Aparatının rəhbəridir. O, daha əvvəl DSX-də Baş idarə rəisi vəzifəsində işləyib. Həmçinin, qısa müddətə DSX Akademiyasının rəis əvəzi olub. 2024-cü ildə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. “Unikal”

 

 

 

Tarix: 17 Avqust 2026, 13:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin