BURADA REKLAMINIZ OLA
BİLƏR

Migren qadınlarda niyə daha çox görülür?

Migren qadınlarda kişilərə nisbətən təxminən iki dəfə daha çox rast gəlinir.


Pravda.az bildirir ki, bunun əsas səbəblərindən biri qadın orqanizmində baş verən hormonal dəyişikliklərdir.


Uşaqlıq dövründə miqren qız və oğlanlarda təxminən eyni səviyyədə müşahidə olunur. Lakin yetkinlik dövründən sonra qadınlarda miqrenin tezliyi artır. Xüsusilə estrogen və progesteron səviyyəsindəki dəyişikliklər miqren tutmalarını tətikləyə bilər.


Menstruasiya dövründə yaranan miqren də geniş yayılıb. Stress, yuxusuzluq və hormonal dalğalanmalar ağrıların şiddətini artıra bilər.

Miqren tutmalarının nə vaxt başladığını və menstruasiya dövrü ilə əlaqəsini izləmək faydalıdır. Ağrılar mütəmadi olaraq menstruasiya və ya ovulyasiya ərəfəsində yaranırsa, profilaktik müalicə üçün həkimə müraciət etmək tövsiyə olunur.

 

Əminə Bayramova 

Tarix: 17 Avqust 2026, 15:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin