BURADA REKLAMINIZ OLA
BİLƏR

Mərkəzi Bank "Eliko"nun vəzifəli şəxsini cərimələdi

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarının iştirakçısı olan "Eliko" MMC-nin vəzifəli şəxsini cərimələyib.

 

Pravda.az bu barədə AMB-yə istinadən xəbər verir.

 

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən "Eliko"nun vəzifəli şəxsi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 000 manat cərimə edilib.

Tarix: 17 Avqust 2026, 15:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin