BURADA REKLAMINIZ OLA
BİLƏR

Ütünün altını asanlıqla təmizləməyin üsulları

Ütünün alt hissəsi zamanla qarala və üzərində ləkələr yarana bilər.

 

Pravda.az bildirir ki, bu ləkələri evdə olan sadə vasitələrlə təmizləmək mümkündür.

 

Duz: Qəzetin üzərinə duz tökün. Ütünü orta temperaturda qızdıraraq duzun üzərində hərəkət etdirin. Daha sonra nəm parça ilə silin.


Ağ sirkə: Sirkəni bir qədər isidib təmiz parçaya tökün və ütünün altını silin. Buxar dəliklərini qulaq çöpü ilə təmizləyə bilərsiniz.


Limon və soda: Yarım limonun suyuna 1 çay qaşığı soda əlavə edin. Qarışığı ləkələrin üzərinə çəkib 5–10 dəqiqə saxlayın və parça ilə silin.


Diş məcunu: Ütünün altına az miqdarda diş məcunu çəkib yumşaq parça ilə ovuşdurun. Daha sonra təmiz nəm parça ilə silin.


Ütünün su çənində yaranan ərpi təmizləyərkən isə istehsalçının təlimatlarına diqqət etmək vacibdir. Bəzi ütülərdə sirkə və ya limon duzundan istifadə etmək cihazın zədələnməsinə səbəb ola bilər.


Əminə Bayramova 

Tarix: 17 Avqust 2026, 15:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin