BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavad Mircavadovun məzarı dağılıb - FOTO

Görkəmli rəssam, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun baxımsız və dağılmış vəziyyətdə olan məzarının görüntüləri yayılıb.

 

Fotonu rəssam Milena Nəbiyeva sosial media hesabında paylaşıb. O, aidiyyəti qurumları rəssamın məzarının bərpasına çağırıb.

 

“Ümid edirəm, böyük rəssamın məzarı aidiyyəti qurumlar, təşkilatlar tərəfindən nəzarətə götürülərək bərpa olunacaq. Sual oluna bilər ki, bəs, hanı Mircavadın ailəsi? Yoxdur ailəsi. Həyat yoldaşı Lyuba xanım bir neçə il əvvəl rəhmətə gedib. Yeganə oğlu, bildiyim qədərilə, Danimarkada yaşayır və ölkə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Amma biz varıq. Ölkənin milli, mənəvi dəyərlərinə sahib çıxmağa gücümüz var” deyə, o, paylaşımında yazıb.

 

M.Nəbiyeva məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə və Azərbaycan Rəssamlar İttifaqına müraciət etdiyini də bildirib.

 

Qeyd edək ki, C.Mircavadov 1992-ci ildə vəfat edib.Axşam.az

Fotoları təqdim edirik
Tarix: 17 Avqust 2026, 18:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin