BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qadınlara qəlyan təklif edilməsi yolverilməzdir, mentalitetə, azərbaycançılığa ziddir” - Aydın Mirzəzadə

Xəbər verdiyimiz kimi, sabiq deputat İqbal Ağazadə çıxışlarının birində cəmiyyətin gələcəyi baxımından həssas məqamlara toxunub və bir sıra mesajlar verib. Onun ictimai yerlərdə, xüsusilə restoran, kafe və “pub”lar kimi məkanlarda qəlyan çəkilməsi, eləcə də uşaqların belə mühitlərdə olması ilə bağlı narahatlığını ifadə etməsi sosial şəbəkədə geniş müzakirə olunur. Buna səbəb isə bir sıra məkanlarda qadınlara qəlyanın pulsuz təklif edilməsi və gec saatlara qədər azyaşlıların da orada iştirakına icazə verilməsidir.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadənin sözlərinə görə, iaşə müəssisələrində qəlyandan istifadə hər kəsin öz seçimidir, amma bundan istifadədə qanunun, o cümlədən ictimai nəzarətin müəyyən bir qırmızı sərhəddi var.

 

Deputat vurğulayıb ki, insanlara pulsuz qəlyanın təklif edilməsi siqaretin təbliği kimi qiymətləndirilə bilər: “Əlbəttə, bu, yolverilməzdir. Digər tərəfdən uşaqların yanında qəlyanın çəkilməsi özü də qınaq obyekti olmalıdır. Təəssüf ki, bilmirəm, bizim qanunvericilikdə bununla bağlı müddəa varmı, yoxdursa, mütləq uşaqların yanında qəlyan çəkilməsi qadağan edilməlidir. Qadınlara bunun təklif edilməsi isə ümumiyyətlə yolverilməzdir. Bu, nəinki qanunlarımıza, mentalitetimizə, azərbaycançılığımıza zidd olan bir məsələdir. Burada ictimai fikir də müəyyən rol oynayır”.

 

Şəhanə Qədirli

Tarix: 18 Avqust 2026, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin